…Həyatımızı mobil telefonsuz təsəvvür etmək təbii olaraq çətindir.

Azərbaycanda bu qurğudan-aparatlardan istifadə edənlərin sayı artıq milyonları ötüb, hər dəfə bu telefonların yeni funksiyalıları çıxdıqca, həvəskarlar yenisi alır. Hazırda mobil- android tipli telefonların qiyməti də 200 manatdan başlayıb 5-10 min manat arası dəyişir. Bəs mobil telefonun qeydiyyat rüsumundan alınan pullar qanunvericiliyə görə hara gedir, necə bölüşdürülür? Tanın mütəxəssis, Multi Media Şirkətinin prezidenti Osman Gündüzün açıqlaması diqqəti çəkir:

-2018-ci ilədək mobil cihazların qeydiyyat rüsumu 5 manat olub. Nazirlər Kabinetinin 31 iyul 2018-ci il 336 saylı qərarı ilə bu rüsum 30 dəfəyədək qaldırılıb və telefonun qiymətindən asılı olaarq 20 manat -150 manat arasında müəyyən edilib. Çox güman ki, Milli Məclis bu dərəcədə artımı nəzərə alaraq bu dəfə insaflı yanaşıb və mobil rüsumlara dəyişiklik etməyib. Yeri gəlmişkən, MM “Dövlət rüsumu haqqında" qanuna dəyişiklik etdiyi bir zamanda daha bir absurd vəziyyəti xatırlatmaq istərdim. Məsələn, mobil cihazların qeydiyyatından yığılan dövlət rüsumlarından necə istifadə olunur? Bu pullar hara gedir? Qanunvericiliyə görə mobil cihazların qeydiyyatından alınan rüsumun 30%-i digər qurumların hesabına köçürülür. Bu vəsaitdən qanuna görə müvafiq dövlət qurumlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün istifadə olunur. Bu 30% məbləğ yenə də mövcud hüquqi normalara görə Prezident Administrasiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında aşağıdakı qaydada bölüşdürülür:

- 5% Prezident Administrasiyasına, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək üçün;

- 25% RİNN işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün.

Yəni, tutaq ki, kasıb bir vətəndaşımız 50 manat verib ucuz bir telefon alanda 30 manat da verib onu qeydiyyatdan keçirəcək! Bu 30 manat rüsumun 30%-i, yəni 9 manatı isə mövcud qanunvericiliyə görə aşağıdakı qaydada bölüşdürülür:

  1. 1.5 manat Prezident Administrasiyası;
  2. 7.5 manat RİNN.

Qalan 21 manat vəsait isə büdcəyə köçürülür.

Mobil cihazların İMEİ qeydiyyat sisteminin saxlanılması ilə bağlı RİNN-in xərcləri anlaşılandır. Bununla bağlı toplanan rüsumdan xərclər nəzərdə tutulması da məntiqlidir.

Amma düşünürəm ki, bu qayda ilə toplanan rüsumlardan hazırda mövcud olan bölüşdürmə qaydası ədalətsizdir. Fikrimcə yanaşma doğru deyil. Ağlım kəsmir ki, büdcəsi 25 milyard olan ölkədə PA və ya RİNN-də oturan kimsə də kasıb birisinin ödədiyi 1 manatla sosial vəziyyətini yaxşılaşdırmaq istəsin.

Fikrimcə, bu cür vəsaitləri ölkədə texnologiyaların, İnternetin və innovasiyaların inkişafına yönəltmək daha doğru olardı. Yeri gəlmişkən, RİNN-də yeni yaradılan Agentliklərin bu məsələləri nəzərə alması və yenidən qaydalar hazırlanması doğru olardı. Hesab edirəm, MM və PA adı çəkilən Qanuna dəyişiklik etdikdə onun tətbiqi ilə bağlı bu tip məqamları da nəzərə almalıdır.

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN