“Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə

Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulacaq və böyük məmnuniyyətlə bu nəcib aksiyaya töhfə verəcək. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkiləcək və beləliklə, ölkə üzrə əkəcəyimiz 111 min ağac “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfəmiz olacaq.

“Genişmiqyaslı ağacəkmə tədbirləri böyük coşqu ilə Qarabağ bölgəsində də keçiriləcək və təkcə Zəngilan rayonu ərazisində 1111 ədəd müxtəlif cinsli ağac əkiləcək, toxum səpiləcək”.

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.

***

Xatırladaq ki, bir neçə gün öncə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində  Qusar, Siyəzən, Ağcabədi, İmişli, Ağdaş, Sabirabad, Lerik, Göygöl, Goranboy rayonlarının meşə fondu ərazilərində və Bakı şəhəri Xocasən gölü ətrafında ağac əkini həyata keçirilib. 

Ölkə üzrə ümumilikdə 23 824 ədəd müxtəlif cinsli ağac əkilib, 350 kiloqram palıd toxumu səpilib.
 Qeyd edək ki, payız ağac əkini mövsümü başlayandan ölkə ərazisində ümumilikdə 200 hektar ərazidə 214 607 ədəd müxtəlif cinsli ağac əkilib, 2480 kiloqram toxum səpilib.
"Ölkə üzrə 44 min ağac əkilməsi" aksiyası çərçivəsində əkilən ağaclar da ETSN-in tinglik sahələrində yetişdirilib.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN