TÜRKMƏNİSTAN ÜZV OLMAQ ÜÇÜN MÜRACİƏT ETMİŞDİ

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Şurasının fövqəladə iclasında 12-ci Nazirlər  Konfransının daha sonrakı tarixə təxirə salınması barədə qərar qəbul edib.

Bu barədə “İnterfaks”  məlumatlı mənbəyə istinadən məlumat yayıb.

ÜTT konfransının təxirə salınması qərarı  Cənubi Afrikadan "Omicron" adlandırılan yeni  koronavirus ştammının yayılması ilə əlaqədar olaraq, cümə günü axşam qəbul edilib . Bu gərginliyə görə, hətta  İsveçrə yaxın gələcəkdə Cənubi Afrika və bir sıra digər Afrika ölkələri ilə hava nəqliyyatını da  məhdudlaşdıra bilər.

Xatırladaq ki, ÜTT Nazirlər Konfransı noyabrın 30-dan dekabrın 3-dək Cenevrədə keçirilməli idi. Görüşün yeni tarixi isə  hələlik məlum deyil.

Bu, ÜTT-nin 12-ci Konfransının pandemiya səbəbindən ilk dəfə təxirə salınması deyil . Daha əvvəl onun 2020-ci ilin yayında Qazaxıstanın paytaxtında keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, Nazirlər Konfransı qərarvermə səlahiyyətləri ilə bərabər, ÜTT sazişlərini şərh etmək, azadolmaları tətbiq etmək, ÜTT Baş Direktorunu təyin etmək və ÜTT Katibliyinin kadr tənzimləmələrini müəyyən etmək kimi səlahiyyətlərə malikdir. 

Xəbər veridiyimiz kimi, konfransda Türkmənistanın ÜTT-yə üzv olmaq üçün müraciətinə baxılması planlaşdırılırdı. Türkmənistan  2020-ci ilin iyul ayından müşahidəçi statusundadır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN