“Казахстан темир жолы " Milli Şirkəti (QDY “Qazaxıstan Dəmir Yolları")

təsisçilərindən birinin Qazaxıstanın keçmiş prezidentinin kiçik qızı Aliyə Nazarbayevanın olduğu Instant Payments şirkəti ilə qatarlara elektron biletlərin verilməsi və satışının təşkili xidmətlərinin satın alınması üzrə müqaviləni vaxtından əvvəl ləğv edib.

Bu barədə “Qazaxıstan Dəmir Yolları"-nın mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan KİV-nin məlumatına görə, şirkət respublikada satılan hər bir dəmir yolu biletinə görə vasitəçi komissiyası alırdı. İndi isə bu xidməti Milli Şirkət özü yerinə yetirəcək.

 Xatırladaq ki, 2014-cü ildə bağlanılan müqavilənin müddəti 2023-cü ilin sonuna kimi müəyyən edilmişdi.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN