Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib.
Nazirliyə istinadən xəbər görə, onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib.
Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.
E.ŞİRİNOV