Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov

beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi - Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində aparılan işlərlə tanış olub. "Təzadlar" Agentliyin rəsmi saytına istinadla bildirir ki, həmin hissə 4 hərəkət zolağına doğru genişləndirilir. Yol boyu torpaq yatağının tikintisi yekunlaşmaq üzrədir. Hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür. Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. Yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Xatırladırıq ki, AAYDA-nın struktur idarələri eləcə də Qarabağın işğaldan azad edilmiş ərazilərində dünya standartlarına cavab verən yol infrastrukturunun qurulmasını sürətlə davam etdirir. Bərdə-Ağdam avtomobil yolu istismara hazır vəziyyətə gətirilib, Horadiz-Şuşa avtomobil yolu isə artıq istismardadır.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN