"SUN Food" MMC bu dəfə süd məhsullarını zərərsizləşdirmək üçün AQTA-ya müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 29.73 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

BU barədə AQTA məlumat yayıb.

Qeyd edək ki,  bir çox MMC-lər, şirkətlər vaxtı ötmüş məhsullarının “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilməsi üçün AQTA-ya müraciət edir.

Onların sırasında “Sun Food” MMC ən öncüllərdən biridir... Bu MMC-nin müraciəti əsasında tonlarla vaxtı ötmüş qida məhsulları zibilxanaya gömülür. Və çox təəssüf ki, hələ də bu qədər qida məhsulunun vaxtında satılması  və zibilxanalıq olmaması yollarını fikirləşən, buna əncam çəkə bilən mütəxəssislər yoxdur...

Xatırladaq ki, bundan öncə də “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş, ümumi çəkisi 2994.8 kq müxtəlif növ şirniyyatı, 60 tondan artıq qida məhsulları və yenə də 35 tonadək müxtəlif növ qida məhsulları poliqonda məhv edilmişdi.

Bu dəfə də MMC-nin 29.73 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Yəqin ki, davamı gələcək...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN