“Fitch Ratings” reytinq agentliyinin proqnozlarına görə, Rusiya iqtisadiyyatı Ukraynadakı müharibə nəticəsində 1998-ci ildəki defoltdan daha çox itkiyə məruz qalacaq.
Bu barədə agentliyin saytında məlumat verilib.
Agentlik Rusiyaya qarşı rekord maliyyə-iqtisadi sanksiyalar fonunda ölkə iqtisadiyyatının 8% azala biləcəyini proqnozlaşdırıb. 1998-ci ildə baş verən defolt isə Rusiyada ÜDM-nin cəmi 5,4% azalmasına səbəb olub.
“Fitch Ratings”in proqnozuna görə, Rusiyada istehlak inflyasiyası 2022-ci ilin sonuna kimi 18%-ə çatacaq. Həmçinin çoxlu sayda beynəlxalq şirkətlərin ölkədən çıxması fonunda, Rusiyada xarici investisiyaların da azalacağı proqnozlaşdırılır.
Xatırladaq ki, Rusiyanın Ukraynaya "xüsusi əməliyyat" adı altında hücumundan sonra ABŞ, NATO və Avropa ölkələrinin bir çoxu RF-ə qarşı çoxlu sayda ağır sanksiyalar tətbiq edib və bu davam etməkdədir. Həmçinin Rusiya Bankının qızı-valyuta ehtiyatlarının yarısı sanksiyalar səbəbindən dondurulub.
Və məlumatlara görə, dondurulan vəsaitlər müharibə nəticəsində milyardlarla dollar ziyan dəymiş Ukraynanın bərpasına yönəldiləcək.
JASMİN