Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən alaq otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb.

Belə ki, Beyləqan və Salyan rayonlarında taxıl sahələrində "Alaq otlarına qarşı mübarizə tədbirləri və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları" mövzusunda təlim keçirilib. Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbərliyi, yerli qurumların nümayəndələri, Aqrar Təlim mərkəzlərinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak edib.

Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması  qaydaları barədə məlumat verib və tövsiyələr verib.

Sonra təlim iştirakçıları tərəfindən nümayiş məqsədilə seçilmiş 3 ha payızlıq taxıl  sahəsinə baxış keçirilib. Sahənin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Aqrar Təlim Mərkəzinin mütəxəssislərinin təşkilatçılığı ilə sirayətlənmiş sahədə alaqlara qarşı mübarizədə Resital Duo 452,42 q\l 2.4 D +Etyhylexylester + 6,25 q\l Florasulam təsiredici maddəli herbisidlərdən hektara  0.5 litr normasında məhlul hazırlanaraq taxıl sahəsinə  tətbiqi əyani nümayiş olunub.

Təlimdə fermerləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu sahə üzrə təlimlər respublikanın digər rayonlarında da davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN