"LİMAN FED MMC"-NİN TİKİNTİSİNƏ QURBAN GEDƏN AĞACLAR...
Bildiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə yaşıllıqların sayını artırmaq üçün davamlı olaraq ağac əkmə aksiyaları keçirir, müxtəlif təşkilatlara ağac tingləri hədiyyə edir, ekoloji təmiz ətraf mühit və sağlam gələcək naminə fəaliyyət göstərir.
Təkcə ötən il nazirliyin təşkilatçılığı ilə 807 hektar ərazidə yaşıllıq salınıb, 846 min 885 ədəd ting əkilib,

23 tondan artıq toxum səpilib. Ümumilikdə il ərzində 2 milyon ağac əkilib. Nazirlik uzun illərdir ki,  "Bir ağac-min nəfəs", “Gələcəyimiz üçün ağac əkək” , “Yaşıl Marafon 2022”  və digır adlar altında aksiyalar keçirir, həmin ağacların böyüməsinin qayğısına qalır.

Lakin təəssüf ki, bəzən ayrı-ayrı vətəndaşlar, əsasən tikinti şirkətləri, iş adamları yalnız öz xeyrini güdərək ağacları məhv etməkdən çəkinmirlər, məsuliyyətsiz və etinasız davranırlar. Onlar anlamırlar ki, bu ağacları kəsməklə ölkəmizə - ekologiyamıza nə qədər ziyan vururlar, insanların əziyyətini, zəhmətini heçə sayırlar...

Budur, indi də  “Liman FFD” MMC Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində tikinti işləri apararkən ağacları kəsib və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları şirkətin təbiətə 3600 manat ziyan vurduğunu hesablayıb və toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Təəssüf ki, tikinti şirkətləri cərimə ilə canlarını qurtaracaq (elə çoxu da buna görə çəkinmir), amma o ağacların yerinə əkiləcək tinglərin böyüməsinə isə bəlkə də 10 il zaman lazım olacaq...

Yaşıllıqlar vətənimizin "ağ ciyərləri"dir. Gəlin "ağ ciyər"lərimizi qoruyaq, ona qənim kəsilməyək.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN