“Hökumətdən və yerli icra hakimiyyətlərindən qabaqlayıcı tədbirlər görmək, mövsümi qiymət artımının qarşısını almaq tələb olunur.”

Milli Bankın sədri Qalimcan Pirmatov Qazaxıstanda ərzaq məhsullarının bahalaşmasını rekord inflyasiya ilə əlaqələndirib.

 "Qazaxıstanda 2022-ci ilin mart ayındakı inflyasiya 2016-cı ilin sentyabr ayındakı pik həddinə çatıb və bir ay ərzində 8,7 faizdən 12 faizə yüksəlib”.

Qazaxıstan mediasının məlumatına görə, bunu Milli Bankın sədri Qalimcan Pirmatov hökumətin iclasında bildirib.

Primatovun sözlərinə görə, inflyasiyanın artması daha çox  ərzaq məhsullarına görə  baş verib - qiymət artımı 10 faizdən 15,4 faizə yüksəlibvə ay ərzində inflyasiya 5,8 faiz artıb.

O, qeyd edib ki, illik qiymət artımı ağ kələm, şəkər, kartof, pomidor kimi mallarda qeydə alınıb.

"2022-ci ilin mart ayının dördüncü həftəsində sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətləri illik ifadədə 18,6 faiz artıb. Bu artıma böyük ölçüdə martın ikinci həftəsində bəzi ərzaq məhsullarına tələbatın artması təsir edib. Ötən həftə martda - 1,3 faiz, aprelin ilk həftəsində - 0,9 faiz.

Qeyri-ərzaq məhsullarının qiymətləri valyuta məzənnəsinin ucuzlaşması səbəbindən təzyiq altında olub və mart ayında 8,6 faizdən 10,9 faizə yüksələn  ərzaq ajiotajı tələbindən qismən az ifadə olunub”, - deyə qeyd edib.

Bank rəhbəri  qeyd edib ki, hökumətdən və yerli icra hakimiyyətlərindən qabaqlayıcı tədbirlər görmək, mövsümi qiymət artımının qarşısını almaq tələb olunur.

“Əsassız qiymət artımının qarşısını almaq üçün pərakəndə qiymət artımına əməl olunmasına effektiv nəzarət etmək lazımdır”, - deyə Pirmtov əlavə edib.

***

Qeyd edək ki, Ukrayna - Rusiya müharibəsinin dünyada ərzaq böhranına səbəb olacağı barədə  həyəcan təbili çalınmaqdadır.

Ukraynanın blokadada olması dünyanın bəzi  ölkələri üçün (Ukraynanın ixracından asılı olan) – taxıl və günəbaxan yağını əlçatmaz edib və həmin ölkələrdə də qıtlığa səbəb olacağı, hətta əhalinin aclıq çəkəcəyi deyilir. Hazırda Ukraynada kənd təsərrüfatı məhsullarının əkini də müharibə səbəbindən mümkünsüzləşib… Bir çox ölkələr isə qıtlıq səbəbindən bəzi məhsulların ölkədən çıxarılmasını qadağan edib. 

Rusiya da ərzaq ehtiyatını qorumaq məqsədilə günəbaxan yağı və taxılın ixracını müvəqqəti dayandırıb.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstan mağazalarında şəkərin qiymətinin qaldırılması ajiotaja səbəb oldu və mağazalardan yoxa çıxmağa başladı - əhali lazım olduğunda artıq alaraq “dar gün” üçün  yığırıd... Halbuki hökumət nümayəndələri anbarlarda kifayət qədər şəkər ehtiyatının olduğunu, narahatlığa səbəb olmadığını bildirirdi.

Müharibə dünya ölkələrinə ümumilikdə mənfi təsirini göstərməkdədir…

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN