Broyler rəhbəri: Sağlam toyuqlar 800 qramlıq çəkidə kəsilib satılmır.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri ilə görüş keçirib.

"Quşçuluq xəstəliklərin yayılması baxımından çox həssas bir sahədir. Son 2 ildə yüksək patogen quş qripi üzrə dünyada stabillik hələ də bərpa olunmayıb. Hazırda Amerika qitəsində quş qripinin daha çox yayılması müşahidə olunur. Buna görə də oradan quş əti məhsullarının idxalı dayandırılıb. Son 2 ildə zəif patogen quş qripina qarşı vaksinasiya sistemi işlənərək tətbiq olunur. Nəticədə noyabr ayından indiyədək quşçuluq müəssisələrində tələfat hallarının xeyli dərəcədə azalması müşahidə edilir. Eyni zamanda fevral ayından etibarən xəstəlik daşıyıcılığı baxımından yüksək risk qrupuna daxil olan məhsulların, xüsusilə də 1 günlük cücələr istisna olmaqla, yaşlı quşların idxalına məhdudiyyət tətbiq olunub. Hazırda ölkədə quş qripi üzrə növbəti monitorinq davam edir. Bizim Assosiasiya və ora daxil olan quşçuluq müəssisələri ilə sıx əməkdaşlığımız var”, - deyə o, qeyd edib.

TƏZADLAR.Az xəbər verir ki, görüşdə iştirak edən broyler müəssisələrindən birinin rəhbəri - Cavid Abbasov isə deyib ki, ölkəyə bir günlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır: "Çünki hər bir ölkənin özünəməxsus epizootik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən bir günlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var. Bizi narahat edən digər məsələ əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz satışıdır. Belə ki, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar. Biz həmin toyuqların qidə təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla. Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”.

xezerxeber

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN