Rusiyanın enerji resurslarından asılı olan İtaliya enerjiyə qənaət etmək üçün yollar axtarır.

Artıq çıxış yolu tapılıb...

Bu ilin may ayından İtaliyada enerji istehlakının yeni standartlarının tətbiq edilməsi planlaşdırılır.

Bu barədə “Rai” telekanalı xəbər yayıb.

 Telekanalın məlumatına görə, İtaliya təbii qazın, demək olar ki, 40%-ni Rusiyadan idxal edir və İtaliya sakinlərinin istehlak etdiyi elektrik enerjisinin də təxminən 50%-i ondan istehsal olunur. Avropa İttifaqının Rusiya enerji daşıyıcılarına embarqonun tətbiqi ilə  bağlı planlarını nəzərə alaraq, İtaliya hökuməti bu addımların nəticələrini yumşaltmaq üçün bəzi tədbirlər görəsi olub.

 Belə ki, 2022-ci il mayın 1-dən 2023-cü il martın 31-dək İtaliyada qanun layihəsinə edilmiş düzəliş qüvvədə olacaq. Bu düzəlişə görə, bütün ictimai binalarda kondisionerlərin temperaturu 27 dərəcə (maksimum 2 dərəcə dəyişkənliyə icazə verilir) təyin edilir, qışda isə istilik 19 dərəcə (yenidən maksimum 2 dərəcə dəyişkənliklə) olmalıdır. Qaydaları pozanlar 500-dən 3 min avroyadək cərimələnəcək.

 İtaliya hökuməti yeni tədbirlərin enerji istehlakını 7-8% azalda biləcəyini proqnozlaşdırır.

İtaliyada yeni enerji qənaəti təklifi  - evi sərinlətmək üçün təbii ventilyasiyadan, yaxud da  kondisionerdən 20 dəfə az enerji sərf edən ventilyatordan istifadə etmək ola bilər.

 Xatırladaq ki, Avropa İttifaqı Ukraynaya görə Rusiyaya qarşı minlərlə sanksiyalar tətbiq edib. Rusiya da enerji resurslarından asılı olan Avropanı bu asılılıqla təhdid edir və hətta təbii qaz üçün ödədikləri pulu rublla ödəməklərini tələb edib.

Lakin bütün tətbiq edilən sanksiyalara baxmayaraq, bu müharibə hələ də davam edir...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN