“Rusiya və Ermənistan arasındakı münasibətləri və əməkdaşlığı nəzərə alaraq Putinlə Paşinyanın görüşünü qeyri-adi hesab etmirəm”.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “German Marshall Fund” qurumunun analitik Conatan Kats “Amerikanın səsi”nə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Rusiyanın vəhşilikləri, ukraynalılara qarşı davam edən müharibə, Qərb-Rusiya qarşıdurması, Cənubi Qafqaz, xüsusən də Ermənistan iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha həssas hala gəlir.

Kats qeyd edib ki, Rusiyanın müharibə nəticəsində iqtisadi və siyasi təcrid olunması Qərblə Rusiya arasında qarşıdurmanın ortasında olan Ermənistana ciddi təsir göstərir.

“Mən İrəvandan Rusiyanın Ukraynadakı hərəkətlərinə tam dəstək görmürəm. Hətta tərəflərin son bəyanatının mətni heç bir şəkildə Ukraynadakı vəziyyətə toxunmur, diqqəti Ermənistanın üzləşdiyi regional çağırışlara, eləcə də iqtisadi fəaliyyətə və münasibətlərə yönəldir. Əlbəttə, bu gün Rusiya ilə diplomatik münasibətlər o səviyyədədir ki, həmsədrlər arasında dialoq və ya əməkdaşlıq mümkün deyil, lakin bu, Minsk qrupunun ölü olması demək deyil”, - deyə o bildirib.
ordu.az
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN