“Dərman və ərzaq xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çox icra olunub.”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı inflyasiyanın dövlət büdcəsinə təsirindən danışıb.

O, bildirib ki, qısamüddətli dönəmdə inflyasiya büdcənin kəsirini azaltmağa xidmət edir. “Belə ki, vergilər nominal qiymətlərə bağlı olduğundan qiymət artdıqca, vergi gəliri də nominal ifadədə çoxalır. Məsələn, İMF hesablayıb ki, illik inflyasiyanın 1 faiz bəndi artması büdcənin nominal gəlirlərini inkişaf etməkdə olan ölkələrdə 0,8 faiz, inkişaf etmiş ölkələrdə isə 0,3 faiz artırır”.

Vüsal Qasımlnln sözlərinə görə, Azərbaycanda inflyasiyanın sürətlənməsinin büdcənin nominal gəlirlərinə təsiri var.

“Amma uzunmüddətli dönəmdə inflyasiya büdcə xərclərininə də təzyiq yaradır və fiskal fəzanı sıxır. Azərbaycan höküməti bu baxımdan artan büdcə gəlirlərini ilk növbədə əhalinin sosial rifahı, sahibkarlığın dəstəklənməsi, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və ölkənin müdafiə qabiliyyətinin artırılmasına yönəldir. Məsələn, nadir hallarda olur ki, ilk rübdə dövlət büdcəsinin xərcləri 99 faiz icra edilsin, amma bu il belə olub. Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər, o cümlədən, əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çox icra olunub”,  - deyə bildirib.

Professor vurğulayıb ki, digər fondlarımız da dəstək tədbirlərini davam etdirir:” Məsələn, bu ilin əvvəlindən sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat güzəştli kredit verilib”.

Vüsal Qasımlı hökümətin antiinflyasiya tədbirləri çərçivəsində əhalinin, xüsusilə aztəminatlı təbəqənin gəlirlərini inflyasiyaya yem olmaqdan qoruduğunu dilə gətirərərk qeyd edib ki, “ Buna görə də hökumətin antiinflyasiya siyasətində sosial blok aparıcı yer tutur”.

Qeyd edək ki, Azərbaycanda rəsmi statistikaya görə, 2021-ci ildə illik inflyasiya 12 faiz, orta illik inflyasiya 6,7 faiz təşkil edib. Orta illik baza inflyasiya isə 4,2 faiz olub. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edib.

İllik ərzaq inflyasiyası 15,8 faiz təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5-nü formalaşdırıb.

Baza proqnoza görə 2022-ci ildə illik inflyasiyanın 6,6-7,1 faiz intervalında olacağı gözlənilir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN