Supermarketlər şəbəkəsinə buna görə maliyyə sanksiyası tətbiq edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.
Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabət yol verdiyinə görə MMC-yə 2 min 484,6 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, “Araz” Supermarketlər Şəbəkəsi ilk dəfə 2011-ci ildə 4 mağazası ilə fəaliyyətə başlamışdı. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan «Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə Bakı və ətraf kəndlər də daxil olmaqla Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Daşkəsən, Saatlı, İmişli, Quba, Zaqatala, Şirvan, Yevlax, Sabirabad, Şuşa və s. bölgələrində 170 – dan artıq mağazası ilə fəaliyyət göstərir.
O, həmçinin “İstehlak Malları Forumu”nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir. Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association - SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12-16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görülüb.
Lakin bütün bunlara baxmayaraq, reklam hazırlığında yol verilən səhv şirkətə maliyyə sanksiyasının tətbiq edilməsinə rəvac verdi...
JASMİN