Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

- əlvan və qara metal qırıntılarının qəbulu;

- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

ƏSASLANDIRMA: Bu hallar “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi ilə tənzimlənir.

Bəs vergi ödəyiciləri ay ərzində nə qədər nağd ödəniş edə bilər?

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun ən çox müzakirə olunan hissəsi 3.3-cü maddəsidir. Həmin maddəyə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd edək ki, bu ödənişlər Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Bu barədə geniş məlumat verməmişdən öncə aydınlaşdıraq ki, hansı vergi ödəyicilərinə aylıq olaraq 15 000, hansılara 30 000 manat nağd əməliyyat aparmağa icazə verilir. Öncəliklə bildirək ki, bu bölgü zamanı vergi ödəyicisinin fiziki və ya hüquqi şəxs statusuna malik olmasının əhəmiyyəti yoxdur.

15 000 manatlıq aylıq limit aşağıdakılara aiddir:

- Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olmalıdır;

- ƏDV qeydiyyatı üzrə vergi ödəyicisi olmamalıdır.

30 000 manatlıq aylıq limit aşağıdakılara aiddir:

- ƏDV ödəyicisi olanlar;

- Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri.

Xüsusi qeyd: 1 yanvar 2019-cu il tarixdən etibarən, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı məcburidir.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN