Bunu da gördük: Bakıda 13 yaşlı qız ana oldu...
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə belə bir məlumat paylaşıb... Məlum olur ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib: "Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir". Qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib. Məsələyə Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları qarışıb və hazırda həmin faktla bağlı araşdırma aparılır.
Bəli, cinayətkar bəlli olacaq. Amma onun cəzası necə olacaq, bu sonranın işidir. Cəmiyyətin işi və vəzifəsi isə bu yaşda olan qızların nəzarətsiz buraxılmasına diqqət etməkdir. Ola bilər valideynləri yoxdur, yaxud yox kimidir... Amma ətrafdakılar ailənin bu halını görürsə, müvafiq dövlət qurumlarına məlumat verməyə borcludurlar.
A.Məmmədli