"Patrul.az" MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin həbsi barədə rəsmi məlumat yayılıb...

Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, o, tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Məlumata görə, toplanmış ilkin sübutlar əsasında Səməndər Niftəliyev və Həmzə Hüseynliyə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib. 
 Qeyd edək ki, barələrində cinayət işi qaldırılan şəxslərin vəkilləri və özləri prokuroluğun məlumatına hələ münasibət bildirməyiblər. Patrul.az xəbər portalı 2019-cu il may ayının 29-da yaradılıb. Portalda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. 
A.Məmmədli

 

 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN