Rusiyada qadağan olunmuş İŞİD terror qruplaşmasının sui-qəsd qrupunun üzvləri Stavropol diyarında terror aktı hazırladıqlarına görə saxlanılıblar.
Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.
“Rusiya Federasiyası FTX-nın Stavropol diyarında həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada qadağan edilmiş İŞİD beynəlxalq terror təşkilatının tərəfdarlarının gizli hücrələrini aşkarlayıb və fəaliyyəti dayandırılıb”, - bildirilir (ria).
Ehtimal olunur ki, hücrədəki üzvlər xarici emissarların göstərişi ilə nəqliyyat infrastrukturu obyektində terror aktı törətməyə yığışıblarmış və hadisəni törətməyə hazırlıq apararkən Stavropolda saxlanılıblar.
Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar nəticəsində bomba hazırlamaq üçün aldıqları komponentlər və zədələyici elementlər, eləcə də məxfi əlaqə vasitələri aşkar edilərək götürülüb.
Artıq qrup üzvlərinə qarşı “terror aktına hazırlıq” maddəsi ilə cinayət işi açılıb -müttəhimlər əməllərini etiraf ediblər.
Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
***
Xatırladaq ki, İŞİD üzvləri əvvəllər də Rusiyada terror hərəkətləri edib və zaman-zaman terror aktları törətməyə çalışıblar.
Müxtəlif vaxtlarda dəfələrlə Rusiya Federasiyası FTX-sı bu terror təşkilatının üzvlərini aşkarlayaraq terror aktlarının qarşısını alıblar.
Qeyd edək ki, "İraq Şam İslam Dövləti" (İŞİD) — əsasən, İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşmasıdır. Terror qrupu 3 yanvar 2014-cü il tarixində müstəqilliyini elan etmiş, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını bəyan etmişdir.
"İŞİD"in 2019-cu ildə süqutu elan edilmişdir.
Bu müddət ərzində "İŞİD" üzvləri dünyada dəhşətli terror aktları törətmiş, əsir götürdükləri insanlara isə inanılmaz ağır işgəncələr verərək qətlə yetirmişlər.
Məsələn, 14 oktyabr 2014 — Suriyanın Kobanı şəhərində iki minalanmış avtomobil partladıblar;
- 19 noyabr 2014 — İraqın Ərbil şəhərində terror aktı törədib. 4 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Terror aktını kamikadzenin törətdiyi bildirilir;
- 20 iyul 2015 — Türkiyənin Şanlıurfa vilayətində baş verən terror aktında 34 nəfər ölüb, 104-ü isə yaralanıb;
- 10 avqust 2015 — Liviyada içərisində bomba quraşdırılmış avtomobilin partlaması nəticəsində on nəfər öldü;
- 10 oktyar 2015 — Türkiyənin paytaxtı Ankara şəhərində baş verən partlayışda 109 nəfər ölərkən 500-dən çox insan yaralanıb.
- 13 noyabr 2015 — Fransanın paytaxtı Paris şəhərində silsilə terror aktlarında 132 nəfər ölüb, 300-dən çoxu isə yaralanıb və s.
Y.MƏMMƏDLİ