Jurnalistlərin həyatı həmişə təhlükəli olub...
Təbii ki, söhbət ciddi jurnalistika ilə məşğul olanlardan gedir. Xüsusən də hərbi bölgələrdə xidməti vəzifəsini həyata keçirən jurnalistlərin. Tezadlar.az "Azadlıq Radiosu"na istinadla bildirir ki, təkcə bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüB. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb. Baş katib deyib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır. "Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”?
Azərbaycanda da ötən il iki jurnalist məhz erməni terrorunun qurbanı oldu. Ermənistanın işğal altında 30 il saxladığı Qarabağ torpaqlarında hələ də basdırılmış minaları var.
A.Məmmədli