Saxalində Ado-Tymovo kəndinin 29 yaşlı sakini valideynlərini qətlə yetirdiyinə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə noyabrın 8-də Lente.ru-ya Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsindən məlumat verilib.
O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Ona əlavə cəza da verilib - il yarım müddətinə azadlığın məhdudlaşdırılması.
İdarədən verilən məlumata görə, kişi 60 yaşlı anası və 67 yaşlı atası ilə birgə yaşayıb. Ailədə gərginlik olurdu, qohumlar tez-tez dava edirdilər. Bu ilin yanvar ayında müttəhim narkotikdən istifadə edərək valideynləri ilə növbəti dəfə mübahisə edib. Münaqişə zamanı o, mətbəx bıçağını götürərək atasının döş qəfəsinə və bədəninin digər nahiyələrinə azı 10 bıçaq zərbəsi vurub. Bundan sonra o, anasını eyni bıçaqla başından və döş qəfəsindən yaralayıb. Valideynlər qan itkisindən yerindəcə keçiniblər.
Oktyabrın 25-də isə Moskvanın qərbində 50 yaşlı kişinin 85 yaşlı anasını öldürərək intihar etdiyi bildirilib.
E.ŞİRİNOV