Ötən gün Gəncədə arvadını qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səttar Cəlilovun barəsində cinayət işi başlanılıb, o, həbs edilib...
Bu barədə "Təzadlar"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Məlum olur ki, dünən noyabrın 10-da, saat 21:00 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
XXX
Prokurorluğun rəsmi məlumatı belədir. Lakin apardığımız statistika da sübut edir ki, 90-cı illərdən Azırbaycana ayaq açan və kütləvi xarakter alan süni-sintetik məhsulların istehlakı belə inanılmaz cinayətlərin sayını artırıb. Əvvəllər anasını bıçaqlayan, atasını baltalayan, qardaşını mübahisə edərək öldürən, ailə üzvlərinə qarşı qəddarlıq edənlərə rast rast gəlməzdik. İndi, hətta ana balasını adi bir məsələ üstündə boğub öldürür və s. Azərbaycanın qida təhlükəsizliyinə cavabdeh qurumlar bu məsələlərə diqqət yetirməlidirlər. Ürık-damar xəstəliklərinin kütləvi xarakter almasının səbəblərini doğrudanmı müəyyən etmək bu qədər çətin olub? Kim deyə bilər ki, soyadan, qarğıdalıdan və s. yağ alıb kütləvi istehsal etmək olur? Ölkənin ticari mərkəzlərinə baxanda sudan çox bu yağlar satılır və sosial durumu zəif olan və ya olmayanlar belə bu yağlardan həvəslə istifadə edirlər... Bu barədə "Təzadlar"ın geniş araşdırma yazısı olacaq.
A.Məmmədli