Rostov vilayətində Şaxtı şəhərinin 54 yaşlı sakini və onun 34 yaşlı qızı 51 yaşlı kişini qətlə yetirməkdə təqsirli bilinib.

Bu barədə noyabrın 25-də lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsinin rəsmi nümayəndəsi Qalina Qaqalayeva bildirib.

İstintaqın məlumatına görə, 2021-ci ildə sərxoş 54 yaşlı Şaxtı sakini ortağı ilə münaqişə edib və sonda dava ilə nəticələnib. Nəticədə, rus qadın qızı ilə birlikdə kişini boğub. Cinayəti gizlətmək üçün qadınlar meyiti meşəyə aparmaq və üzərinə benzin tökərək yandırmaq məqsədilə tanışlarına müraciət ediblər.

Faktla bağlı Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Bir qrup şəxs tərəfindən adam öldürmə”) ilə cinayət işi açıb və araşdırıb. Məhkəmə nəticəsində 54 yaşlı qadın 11 il, qızı 12 il, meyitin gizlədilməsinə kömək edən tanışı isə 1 il azadlıqdan məhrum edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN