Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası cümə günü, dekabrın 9-da baş tutacaq.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib. O bildirib ki, iclas saat 13:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək. Qeyd edib ki, hakim Giorgi Arevadze vəkillərin Mixeil Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.
1 dekabr tarixində Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib. Hakimiyyət isə Saakaşvilinin azad edilməsinə hələki tələsmir. Baxmayaraq ki, beynəlxalq təşkilatlar bunu dəfələrlədir tələb edir.
A.Məmmədli