Göyçay rayonunun Çərəkə kəndində hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişib.

Belə ki, kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və o yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü məlum olub. 8 aylıq hamilə F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyünü aşkar ediblər. F.Kərimovanın ölüm səbəbi hələ məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN