"Vətəndaşlardan onlara rüşvət verilməsinə cəhdlər barədə məlumatların sayı 10 dəfə artıb” - Korrupsiyaya Qarşı Mübarizə Agentliyi

 Bu, Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının dürüstlüyünün yoxlanılması üzrə pilot layihənin nəticələrinin müzakirəsi zamanı məlum olub.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, dürüstlüyün (Integrity check)  yoxlanılması mexanizminin tətbiqi 2022-2026-cı illər üçün korrupsiyaya qarşı mübarizə siyasəti Konsepsiyası ilə nəzərdə tutulub. İlk mexanizm iki qurumun əməkdaşları üzərində sınaqdan keçirilib.

“Dünya praktikasında cinayət məsuliyyəti tətbiq edilmədiyi üçün ümumi humanistləşdirmə siyasətinin tərkib hissəsi kimi dürüstlük yoxlamaları tətbiq edilib.  Rüşvət, digər imtiyazlar və üstünlüklər almağa razılıq bildirildiyi halda, sınaqdan keçən şəxs işdən azad edilir”, - deyə agentlik sədrinin birinci müavini Dmitri Malaxov bildirib.

Qurum nümayəndələri layihənin şəxsi heyət arasında hüquqpozmaların qarşısının alınması, işçilərin məsuliyyət səviyyəsinin yüksəldilməsi baxımından öz səmərəliliyini göstərdiyini bildiriblər.

"Korrupsiyaya qarşı mübarizə xidmətinin yoxlanılmamış, lakin üçüncü şəxslərin qanunsuz hərəkətləri barədə məlumat verən əməkdaşlarının sayı artıb. Tədbirin həyata keçirildiyi vaxtdan indiyədək 65 belə işçidən hesabat daxil olub.

Bu, Daxili İşlər Nazirliyi sistemində yol-nəqliyyat hadisələrinin azalmasına təsir göstərib və vətəndaşlardan onlara rüşvət verilməsinə cəhdlər barədə məlumatların sayı 10 dəfə artıb”, - deyə KQMA-nin mətbuat xidməti əlavə edib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN