Bu da fırıldağın və fırıldaqçılığın sonu...
Vətəndaşları 7 min ABŞ dolları müqabilində qeyri-qanuni yollarla Meksikadan keçməklə Amerika Birləşmiş Ştatlarının ərazisinə aparacağını vəd edərək onlardan pulu qabaqcadan alan və vədinə əməl etməyən şəxs saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, təqsirləndirilən şəxs ümumilikdə 23 900 ABŞ dolları və 2 600 avro pulu dələduzluq yolu ilə mənimsəyib. Qurumdan verilən məlumata görə, saxlanılan şəxs əvvəllər də müxtəlif cinayət əməllərinə görə məhkum olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə istintaq başladılıb. Saxlanılan şəxsi 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.