Bir neçə gün əvvəl yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

 Bu barədə deputat özü KİV-ə açıqlamasında bildirib.

 O deyib ki, hazırda özünü yaxşı hiss edir və müalicəsinə evdə davam edəcək.
Fazil Mustafa martın 28-də yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından açılan atəş nəticəsində sağ çiynindən və sağ budundan yaralanmışdı.

 Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

 Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən 6 nəfər şəxs saxlanılıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN