Bu gün Nərimanov Rayon Məhkəməsində müxalifətyönlü siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun hüquqlarının (ailə üzvlərilə görüşlərə və telefon danışıqlarına qadağa qoyulub) təmin edilməməsilə bağlı vəkillərin şikayətinə baxılıb.

Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, hakim Hafiz Kamranov bildirib ki, İbadoğlunun bu hüquqları artıq bərpa olunub. Lakin vəkil qeyd edib ki, İbadoğlunun görüş və telefon danışığı hüquqları həbsdən 28 gün sonra təmin edilib. Vəkil İbadoğlunun məhkəmədə iştirakını təmin etmək üçün də vəsatət qaldırıb. Hakim müdafiə tərəfinə yuxarı prokurorluq orqanlarına müraciət etməyi tövsiyə edib və şikayəti təmin etməyib. Bayramov deyib ki, müdafiə tərəfi apellyasiya şikayəti verəcək və İbadoğlunun hüquqlarının pozulmasının tanınmasına çalışacaq. Apellyasiya şikayəti də təmin edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsin ərizə göndəriləcək.

*İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir. Avqustun 25-də ona qarşı "dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması" barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN