Ölkə prezidenti Salome Zurabişvili, Konstitusiya Məhkəməsində onun maraqlarını qoruyan nümayəndələrinə təşəkkür edib.

TEZADLAR.AZ Gürcüstan mediasına istindən xəbər verir ki, prezident ötən gün baş tutan iclası analoqu olmayan məhkəmə prosesi adalandırıb.

O bildirib ki, məhkəmə prosesi zamanı prezidentin nümayəndələri hər cür təzyiqlərə, təhqirlərə tab gətiriblər: "Analoqu olmayan məhkəmə prosesi zamanı prezidentin nümayəndələri hər cür psixoloji, mənəvi təzyiqlərə, təhqirlərə tab gətirdilər. Görünməmiş məhkəmə prosesində həm mənə, həm də onlara qarşı hər cür psixoloji, mənəvi təzyiq və təhqirlərə tab gətirən, absurd ittihamlar və mövcud olmayan sübutlar qarşısında Prezident İnstitutunu ləyaqətlə müdafiə edən nümayəndələrimə təşəkkür edirəm”, - deyə Zurabişvili qeyd edib.

Qeyd edək ki,  Konstitusiya Məhkəməsi bu il sentyabrın 22-də hakim “Gürcü Arzusu” partiyasından olan 80 deputatın dəstəklədiyi, Prezidentinin konstitusiyanı pozması iddiası ilə hazırlanmış təqdimatın qəbul edib. Qeyd olunub ki, 3 oktyabr 2023-cü ildə təqdimat müəlliflərinin və Gürcüstan Prezidentinin iştirakı ilə şifahi dinləmə keçiriləcək. 

Xatırladaq ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb. Hakim partiya isə bundan sonra impiçment prosesini elan edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN