Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN