Xəbər verdiyimiz kimi, "Azərbaycan" Nəşriyyatının rəhbərliyi süni icarə haqqı artımı ilə nəşriyyatda yerləşən redaksiyaları çətin sınaq qarşısında qoymuşdur...

Bununla bağlı bu gün səhər saatlarından etibarən redaksiyaların otaqlarının qiymət artımına etiraz olaraq çoxsaylı jurnalistlər nəşriyyatın qarşısında dinc aksiya keçirmişdilər... Əraziyə çoxsaylı polis naryadı da cəlb edilmişdir. Lakin polis əməkdaşları da bir daha yəqin etdilər ki, aksiya dinc xarakterlidir, süni qiymət artımına görədir. Sonra nəşriyyatın direktor müavinləri 20-dən çox redaktoru qəbul edərək problemi ətraflı dinləmişlər və qaldırılan, etiraza səbəb olan məsələləri Prezident Administrasiyasına məruzə edəcəklərinə söz vermişlər.
Həmin görüşdə iştirak edən Təzadlar" qəzetinin baş redaktoru, Dünya Türk Jurnalistləri Birliyinin üzvü və birliyin Azərbaycan təmsilçisi Asif Mərzili bunları dedi:
-Sağ olsunlar, bizi diqqətlə dinlədilər, bütün detalları aydın şəkildə söylədik. Söz verdilər ki, problem həllini tapacaq... Az əvvəl mənə məlum oldu ki, qaldırılan məsələ ilə əlaqədar bizə verilən vədlər həllini tapıb. Belə ki, “Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı APA-ya açıqlamasında bildirib ki, "...artıq problem aradan qaldırılıb. 

Onun sözlərinə görə, "Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında olub: “Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmətlərin tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması nəzərdə tutulmuşdu. Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, onlarla görüş keçirildi, təklifləri nəzərə alındı və nəticə etibarilə, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının, hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edildi. Yəni bundan öncə qiymətlər necə idisə, yenə də eynidir”.

 Rövşən Şıxlı nəşriyyatdakı şəraitsizlik məsələsinə də münasibət bildirib: "Bilirsiniz, nəşriyyatın binası böyükdür. Biz də imkan daxilində çalışırıq ki, bu məsələləri yavaş-yavaş aradan qaldıraq. Təbii ki, bu şeylər birdən-birə mümkün deyil".

Mən görüşdə iştirak edən həmkarlarıma, bizə dəstək verən media rəhbərlərinə təşəkkür edirəm, nəşriyyatın rəhbərliyinə, şəxsən baş direktor Leyla xanım Güləliyevaya jurnalistlər adından minnətdarlıq edirəm ki, real vəziyyəti düzgün qiymətləndirərək problemin həllinə kömək etdi...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN