Azərbaycan Dövlət İqtisad Universietinin tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev vəzifəsindən bu gün azad edilib.
Bu barədə ADİU-nun rektoru Ədalət Muradov özünün feysbuk səhifəsində yazıb. "Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayevi öz ərizəsinə əsasən tutduğu vəzifədən bu gün azad etdim. Dosent A.Rzayev öz işini mükəmməl bilən, peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi universitetin inkişafına ciddi töhfələr vermişdir. Anar müəllimə ADİU ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm", - o qeyd edib.
Belə başa düşmək olar ki, Anar Rzayev başqa işə təyinat alıb. Amma hansı işə? Sosial şəbəkələrdə bu işdənçıxmanın universitetdaxili bəzi problemlərdən qaynaqlandığı bildirilir. Çünki bir müddət əvvəl Anar Rzayevin ADİU-nun rektoru olacağı barədə məlumatlar dolaşırdı...
SƏBUHİ