Türkiyə və Azərbaycan dueti-iki ölkənin siyasi inteqrasiyası DÜNYA TÜRK BİRLİYİ prosesinin əsas təşkilatçıları olmaqla bərabər, dünya türk birliyinin ərazi etibarilə bütövlüyünü təmin edə biləcək əsas amildir…

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi bu gün həyati əhəmiyyət daşıyır. Şübhəsiz ki, Türkiyə ilə əməkdaşlıq və inteqrasiya söylədiklərimizdə sərhəd tanımır. Necə ki, bu iki ölkənin qardaşlığı və dostluğu heç bir sərhəd tanımır… Biz bunu bütün sahələrdə, o cümlədən siyasətdə də görürük. Məsələn, bu ilin mayın 14-də Türkiyədə keçiriləcək Prezident seçkilərinin Azərbaycanda hansı incəliklə izlənilməsi dediklərimizə vacib sübutlardandır. Təbii ki, Azərbaycan vətəndaşları bu seçkidə sayın Rəcəb Tayyib Ərdoğana səs vermə hüququnda olmasalar da, hər kəsin ürəyi bu seçki gününə döyünməkdədir.

Bəs Azərbaycan siyasiləri nə düşünür, hansı təhlilləri ortaya qoyurlar?

***

Aşağıda tanınmış politoloq Şapur Qasiminin xüsusi olaraq tezadlar.az saytı üçün yazdığı təhlilli məqaləsini təqdim edirik:

 …Atatürk vəfat etdikdən sonra Atatürksüz qalan Türkiyədən Ərdoğan hakimiyyətə gələnə qədər ABŞ və Avropa dövlətlərinin Türkiyəyə münasibəti Afrikadakı müstəmləkələrdən bir o qədər də fərqlənməyib. Bu dönəmdə Ecevitin Şimali Kiprə qoşun yeridərək Kiprin türk əhalisinin Avropa və ABŞ-ın susqun müşayiəti altında, yunanlar tərəfindən qətliam etməsini bir qədər gec olsa da dayandırmasını və Ozalın zəhərlənib öldürülməsinə səbəb olan Türkiyə iqtisadiyyatını, ictimai inkişaf səmtini müasir istiqamətlərə yönəltmə cəhdini nəzərə almasaq, Avropa, xüsusilə ABŞ Türkiyədən ancaq müstəmləkə statusunda istifadə etmişlər. Onlar Türkiyəni iqtisadi, elmi-texniki inkişafdan kənar saxlamaqla bərabər, bir tərəfdən Rusiyanın, digər tərəfdən NATO ölkələrinin yaradıb, dəstəkləyərək silahlandırdıqları müxtəlif kürd qruplaşmalarından daim lokal hərbi təzyiq altında saxlamaq üçün istifadə etmişlər.

 1925-ci ildə ingilislərin vasitəsilə hərbi çevriliş edib, Qacar yurduna yiyələnib, islam inqilabına qədər rəsmən ingilislərin, 1978-ci ildən bu günədək isə Rusiya və Fransanın vasitəsilə hakimiyyəti ələ alan mollalar rəsmən rusların və fransızların himayəsində olsalar da, ermənilər kimi həm əri, həm oynaşı olmaq xislətinə malik olan farslar təkcə Türkiyəyə deyil, bütün türklərə qarşı edilən düşmənçilik prossesində daim Avropa, ABŞ, Rusiya və digər türk düşmənləri ilə sıx əməkdaşlıq etmişlər. SSRİ dönəmində SSRİ-nin tərkibində olan türk respublikalarına, hətta milliyyət etibarilə fars olan taciklərə belə iddialarını, ancaq mədəni, ədəbi sahələrdə lokal çərçivədə və hərdən bir nümayiş etdirsə də, hələ I Pyotrun dövründən isti sulara birbaşa çıxmaq üçün “İranı” tərkibinə qatmaq iddiasında olan rus imperiyası öz mənafeyi xatirinə buna yol verməsə də, farsları ABŞ-ın nəzarətindən çıxarmaq xatirinə farslara ciddi təpki də göstərməmişdir. Məsələn, Zaur Əliyevin bu yaxınlarda mətbuatda yayımlanmış “Nizami Gəncəviyə uzanan əllər” məqaləsində göstərilən “Amerika tarixçisi Lev Siyozkin 1934-cü ildə SSRİ yazıçılar birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmasından sonra İran dəfələrlə Stalinə məktub yazmışdır. İran Nizaminin İran şairi kimi adlandırılmasını tələb etmişdir. Bu fakt  fars şovinizminin türklərə, o cümlədən Şimali Azərbaycan türklərinə açıq düşmənçiliyinin tarixi Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük müharibəsinin sonundakı qələbəsindən sonra deyil, əslində, 1925-ci ildə ingilislərin köməyilə edilən hərbi çevriliş nəticəsində, şovinist fars mehtərbaşı Rza Pəhləvinin Qacar yurdunda hakimiyyətə gətirildiyi gündən də əvvəl, türkə gizli düşmənçiliyi isə ən azı farsların, fars dili və şiə təriqətinin türk şahlarına sırıdıqları dövrdən başlandığını sübut edir.

turk-sec

 «Türkiyədə Ərdoğan hakimiyyətə gələnə qədər Qərb alyansı Türkiyəni, farslar Qacar yurdunu, Rusiya dünya türklərinin həm əhali, həm də ərazi baxımından ən böyük hissəsini müstəmləkə olaraq öz əsarətində saxlamışlar…»

  I Pyotrdan sonra almanlar rus ad və soyadları altında Rusiya taxtı-tacında oturtduqları çarların vasitəsilə Osmanlıya və Qacar türk dövlətlərinə qarşı apardığı böyük müharibələrlə, bu türk dövlətlərini əhəmiyyətli dərəcədə gücdən saldıqdan sonra I Dünya müharibəsində Osmanlıya qarşı təşkil etdikləri səlib müharibəsində, əlavə olaraq ölkə daxilində təşkilatlandırıb  silahlandıraraq ermənilər vasitəsilə 15 aprel 1924-cü ildə hərbi çevriliş etmişdir. Bununla da bu türk dövlətini bu günə mövcud olan sərhədlərdə erməni dövlətinə çevirmək məqsədləri baş tutmasa da, 1925-ci ildə hərbi çevriliş vasitəsilə Qacar yurdunu fars dövlətinə çevirməklə XX əsrdə mövcud olan iki türk imperiyasının mövcudduğuna son qoya bildilər. Son yüz il ərzində Türkiyədə Ərdoğan hakimiyyətə gələnə qədər Qərb alyansı Türkiyəni, farslar Qacar yurdunu, Rusiya dünya türklərinin həm əhali, həm də ərazi baxımından ən böyük hissəsini müstəmləkə olaraq öz əsarətində saxlamışlar. 31 il öncə SSRİ dağıldıqdan sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan felən müstəqillik əldə etməsinə baxmayaraq, bu günə qədər ayrı-ayrılıqda onlardan güclü olan Rus imperiyasının hərbi, iqtisadi, siyasi, diplomatik və s. sahələrindəki güclü təzyiqlərindən hələ də yaxa qurtara bilmirlər. Son 98 il ərzində 53 il şovinist fars Pəhləvi sülaləsinin, 45 ilə yaxın isə şovinist fars molla rejiminin Qacar yurdunda türk milli mənliyinə son qoyulmasını hədəfləyən, bəşər tarixində ən vəhşi üsullarla qətliama məruz qoyulan türk toplumu, bu gün də milli azadlıq uğrunda çoxsaylı şəhidlərinin, zindanlarda vəhşi işgəncələrə məruz qalan övladlarının olmasına baxmayaraq, mücadiləni davam etdirməkdədir.

Türk düşmənlərinin ayrı-ayrı türk toplumlarına qarşı törətdikləri cinayətlər, təpkilər müxtəlif bəhanə, şüarlar və üsullarla aparılsa da, bunların yekun məqsədi, hədəfi türk millətini əsarət altına alaraq milli sərvətlərini talan edib, özlərini bir millət olaraq məhv etməkdən ibarətdir.

1915-ci ildə Osmanlı üzərinə səlib müharibəsi təşkil edənlər bu gün də artıq türk mənliyinə, türklərin müstəqilliyinə qarşı səlib müharibəsi aparmaqdadır.

 Türkiyə və Azərbaycan dueti DÜNYA TÜRK BİRLİYİ prosesinin əsas təşkilatçıları olmaqla bərabər, dünya türk birliyinin ərazi etibarilə bütövlüyünü təmin edə biləcək əsas amildir…

Düzdür, bu müharibə bu gün hələlik özünü hər yerdə birbaşa hərbi toqquşmada biruzə verməsə də, müharibə hərbi müdaxilədən heç də az təhlükəli olmayan üsul və vasitələrlə aparılır. Səlibçilər bu müharibəni bu gün öz müstəqilliyini bütün sahələrdə daha çox sərgiləyən Ərdoğan Türkiyəsinə və öz ərazi bütövlüyünü inadla qoruyan Şimali Azərbaycan Türk dövlətinə qarşı yönəltmişlər.

 Bundan başqa da, Türkiyə və Azərbaycan dueti DÜNYA TÜRK BİRLİYİ prosesinin əsas təşkilatçıları olmaqla bərabər, dünya türk birliyinin ərazi etibarilə bütövlüyünü təmin edə biləcək əsas amildir. Türkiyədə Ərdoğanın hakimiyyətə gəlməsi ilə, ilk növbədə Qərbin Türkiyəni yarımmüstəmləkə halından müstəmləkə halına gətirərək, Türkiyənin bir hissəsində kürd dövləti yaratmaqla, türk dünyasının bir daha dirçəlmək ümidinə belə son qoyulmasının qarşısı alınmış oldu.

Ərdoğan və onun komandası Qərbin və Rusiyanın silahlandıraraq ölkəni daim terrora məruz qoyan kürd qruplaşmalarını nəinki ölkənin içərisindən çıxardı, hətta İraqda, Suriyada, İranda Türkiyə ilə bilavasitə sərhəddə məskunlaşıb, daim ölkəyə silahlı hücumlar təşkil etmək imkanından məhrum etdi. Eləcə də ölkənin sərhəddindən uzaqlaşdıra bildi. Ərdoğan dünyanın əsas güc mərkəzləri tərəfindən təşkil edilən daxili terror, silahlı basqınlarla eyni zamanda ABŞ-ın uzun illər ərzində ölkədə şəbəkələndirib, himayə etdiyi FETO vasitəsilə öz nökəri Fətullah Güləni hakimiyyətə gətirib, Türkiyəni öz müstəmləkəsinə çevirməsinin də qarşısını ala bildi. Bütün bu gərginlik və təpkilərin fonunda Ərdoğan və komandası ölkənin hərbi sənayesinin inkişafında inqilab edilərək, Türk silahının dünya çapında görkəmli mövqeyə çıxmasına, ölkədə strateji əhəmiyyət daşıyan qaz yataqlarının kəşf edilərək onların işlənilməsini təmin etməkdə israrlıdır.

erdoq-sec

 Türkiyəyə daim düşmən münasibəti sərgiləyən, bugünkü dünya üçün həlledici strateji əhəmiyyət kəsb edən iri neft-qaz ehtiyatlarının sahibləri, onların ixracatçıları olan ərəb ölkələri ilə isti münasibətlər yaratmaqla bərabər, hidrokarbogenlərin istehsalı və satışı üzrə onlarla bir sıra müqavilələr bağlayaraq, onlarla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə qədər yüksəltmək, dünya ağalığı iddiasında olan Rusiya ilə Ukrayna arasındakı müharibədə Ukrayna ilə tərəf olan Avropa, ABŞ arasında vasitəçi, əslində isə Türkiyəni arbitr statusuna çatdıran, son günlərdə ölkədə miqyas etibarilə indiyədək görünməmiş dağıdıcı zəlzələdə RƏCƏP TAYIP ƏRDOĞAN fenomeni sayəsində türkün bu fəlakətinə, başda AZƏRBAYCAN RESPUBLİKASININ Prezidenti İlham Əliyev  və Azərbaycan xalqı olmaqla,  bütün dünya türklərinin və başqa milli dövlətlərinin anında reaksiya verərək köməyə gəlməsi, Türkiyə də daxil olmaqla bütün dünya türklərinin milli, dövlət həmrəyliyi, birliyi və azadlığının QARANTI olacaq TURAN-ın bünövrəsi olan, TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ əsas memarı olması, XX və XXI əsr dünya türkləri tarixində Ərdoğanı bütövlükdə türk millətinin II Atatürkünə çevirmişdir. Bu gün ƏRDOĞANIN bütün dünya türklərinin LİDERİ olduğunu türk düşmənlərinin və onların ucuz “demokratiya” və s. sərsəmləmələri, pərdələnmiş yalanları vasitəsilə danmaq mümkün deyil. MƏHZ buna görədir ki, Qərbin “saman altından su yeridib”, məqamı gələndə türkün kürəyinə neştər sancan ermənilər və saxta “demokratiya” şüarı ilə Qərb üçün avtafa daşımaqla hakimiyyətə sahiblənmək istəyənlər, Ərdoğanın və komandasının illərlə fədakar səyi nəticəsində Türkiyə üçün yaratdığı inkişaf və türkün həm millət, həm də dövlət olaraq nəhənglənməsi prossesini parçalayaraq, təkcə Türkiyəni deyil, bütün dünya türklərinin taleyini qaranlığa, köləliyə sürümək istəyirlər. Buna görə də Türk dövlətini müstəqil, vətəndaşlarını azad görmək istəyən hər bir kəsin bu gün təkcə Türkiyə deyil, bütün türk dünyasının II Atatürkündən- Ərdoğandan başqa səs verə biləcəyi başqa namizədi yoxdur…

***

…Yuxarıda sadaladığım faktlar bu gün Türkiyədə saxta “demokratiya” şüarı altında formalaşdırılan “altılıq” deyilən “müxalifət” qrupu, hətta “altımışlıq” olsa belə, onların hamısı birlikdə Ərdoğanın yerişini yeriməyə qadir deyillər. Qərbin təbliğ etdiyi “demokratiya” əslində, demokratiya olmayıb, azadlığa, müstəqilliyə can atan zəif, kiçik, elmi-texniki, iqtisadi-ictimai inkişafın bu günkü tələblərindən geri qalmış millətlərin azadlıq, müstəqillik mücadiləsinə başçılıq edən millətsevər liderlərini hakimiyyətdən uzaqlaşdırmaq üsuludur. Üstəlik, bu həm də onların milli mübarizəsini başsız qoyduqdan sonra, milli şüuru olmayıb, öz şəxsi ambisiyalarını, hakimiyyət hərisliyini, millətin mənafeindən üstün tutan bir qrup vasitəsilə öz müstəmləkəsi durumuna gətirdiyi ölkənin vətəndaşlarını daha incə üsullarla və daha vəhşicəsinə istismar etmək üsuludur. Qərb demokratiyasının məddahları öz iddialarında Avropa ölkələrində və ABŞ-da insanların həyat səviyyəsinin başqa dövlətlərdən üstün səviyyədə olmasına istinad edirlər. Əslində bu üstünlük əsasən iki amil hesabına əldə edilir. Birincisi, bu dövlətlərin məqsədi öz müstəmləkələri və yarımmüstəmləkələrinin bütün təbii sərvətlərini müftə talan edərək daşıyıb öz ölkələrində emal etdikdən sonra, onu elə təbii sərvətlərini talan etdiyi ölkələrə hazır məhsul olaraq on dəfələrlə baha satmasından əldə etdikləri yüksək izafi dəyər qazanmaqdır. Onların məqsədi həm də bu əlavə gəlir hesabına yeni elmi-texniki tərəqinin nəticələrinin istehsala tətbiq edilməsindən götürdükləri əlavə izafi dəyərin əldə edilməsi hesabına özlərini inkişaf etdirməkdir. Qərb “demokratiyası” məddahlarının heç biri bu müstəmləkələrin və yarımmüstəmləkələrin əhalisinin Ərdoğan və komandasının uzun müddət bu dünya gücləri ilə və onların ölkə daxilində olan şəbəkələri ilə ağır mübarizəsi nəticəsində yarımmüstəmləkə vəziyyətindən çıxardığı Türkiyə əhalisindən üstün yaşadığını iddia edə bilməzlər. İkincisi, bu güclərin yuxarıda göstərdiyim mənbələr hesabına əldə etdikləri əlavə gəlir hesabına güclü, ən yeni texnika və texnologiyalar ilə hazırlanmış silah və texnikalarla təchiz edilmiş ordu hissələri yaratmaqla, zəif millətlər və dövlətləri öz iqtisadi, siyasi maraqlarına tabe etmək üçün hərbi güc amilindən istifadə etməsidir. Son yüz il ərzində özü yarımmüstəmləkə vəziyyətində olub, indi Ərdoğan və onun komandasının fədakarlığı hesabına müstəqil  Türkiyənin Avropa dövlətləri kimi müftə qazanc gətirən müstəmləkələri olmayıb və bu gün də yoxdur.

erdoqan-ilham

Hətta bu gün Türkiyənin öz ərazilərində olan karbohidrogen ehtiyatlarının kəşf edilib, istismar edilməsi, hərbi sənaye sahəsindəki gözəçarpan nailiyyətlərinə görə, türk düşmənlərinin Türkiyəyə müxtəlif formalı təpkilərin təşkil və tətbiq etməsi, Türkiyə dövlətinin güclənməsinin və deməli, Türkiyə vətəndaşlarının daha yüksək səviyyədə yaşaması imkanını əngəlləmə cəhdlərindən başqa heç nə deyil. Bu gün Türkiyədə Ərdoğanın rəhbərliyi dönəmində baş vermiş və davam edən inkişafın qarşısının alınmasına mane olan əsas amil  Ərdoğan və onun komandasıdır. Ərdoğanı açıq döyüşdə məğlub edə bilməyəcəklərini yaxşı bilən irili-xırdalı bütün türk düşmənləri onu Türkiyə vətəndaşı olan ermənilərin, kürd separatçılarının, Türkiyəni və onun vətəndaşlarını özlərinin hakimiyyət hərisliyi xatirinə Qərbin müstəmləkəsinə, köləsinə çevirmək istəyənlərin, cəmiyyətin şüursuz hissəsinin əli ilə, həm də əslində, başqa dövlətləri daxildən çökdürmək vasitəsi olan saxta, “demokratik seçki” adlandırdıqları mexanizm vasitəsilə məğlubiyyətə uğradaraq TÜRKİYƏNİ DİZ ÇÖKDÜRMƏYİ HƏDƏFLƏYİRLƏR. Bu günlərdə illər öncə Ərdoğanın Əfqanıstanda rus işğalçı ordusuna qarşı mərdlik və mətanətlə döyüşmüş səhra komandiri Gülbəddin Hikmətyarla birlikdə çəkdirdiyi şəkli elektron KİV-lərdə yayımlanmışdır.

 Bununla da  Türkiyə və başqa türk respublikalarında Talibanın Əfqanıstanda yaratdığı mürtəce dini rejimi qurmaq istəməsi kimi şərh etməklə, mütləq əksəriyyəti dünyəvi fəlsəfə və həyat tərzinə malik olan türk respublikalarının əhalisində Ərdoğana qarşı nifrət, ikrah hissi oyatmağa çalışanlar bilmir ki, bu gün türk dünyasının II Atatürkü olan Ərdoğanı belə ucuz, sadəlövh üsullarla TÜRK İNSANLARININ gözündən sala bilməzlər. Birincisi, Gülbəddin Hikmətyar onun vətənini işğal etmiş, o dövrün ən yırtıcı dövləti olan rus imperiyasının işğalçı qoşununa qarşı döyüşərək öz vətəninin istiqlalını əldə etmək və həmvətənlərinin rusların yerli vətən xainlərinin əli ilə qurduğu oyuncaq, satqın dövlətin qulu olmaqdan xilas etmək naminə vuruşan bir xalq qəhrəmanı idi. Onunla şəkil çəkdirmək vətəninin, millətinin azadlığını istəyən hər bir kəs üçün böyük şərəf idi. Yaddan çıxarmaq olmaz ki, o zaman Ərdoğanın vətəni olan Türkiyə Qərbin yarımmüstəmləkəsi, türk millətinin əksər hissəsi öz milli torpaqları ilə birlikdə rus imperializminin əsarətində idi. Bu gün Ərdoğan təkcə Türkiyənin, türk vətəndaşlarının deyil, doğma vətəni olan bütün TÜRK MİLLİ ƏRAZİLƏRİNİN və TÜRK MİLLƏTİNİN AZADLIĞI uğrunda Gülbəddin Hikmətyardan qat-qat daha çox, AĞILLA, MƏTİNLİKLƏ mübarizə aparır. Ərdoğanın Hikmətyarla o zaman çəkdirdiyi şəkil heç də islam dininin yayılmasının deyil, Ərdoğanın türk milli əraziləri və Türk milli azadlığı uğrunda bu gün mətanətlə apardığı AZADLIQ MÜCADİLƏSİNİN simvoludur. O ki, qaldı Ərdoğanın islam dininin daşıyıcısı olması, bu gün bu amil ümumtürk Milli Azadlıq mücadiləsinə bir sıra baxımlardan, ən azı beynəlxalq əlaqələr baxımından dayaq nöqtəsi rolunu oynayır. Qərbin bu günə qədər müstəmləkə və yarımmüstəmləkə halında saxlayaraq, özünün strateji hədəflərinə uyğun yönəldib, idarə etdiyi Afrika, xüsusilə ərəb ölkələrinin daim Türkiyəyə düşmən münasibəti bəsləməsi heç də sirr deyil. Tehranın şovinist fars rejiminin də Türkiyə və ümumiyyətlə, bütün türklərə qarşı genetik nifrət bəsləməsi və altı ərəb ölkəsində böyük hərbi birlikləri yaradıb ərəb ölkələrinə qarşı daim terror və təcavüz aktları həyata keçirməsi də məlumdur. Məhz Ərdoğanın islam dininin daşıyıcısı olması bu ərəb dövlətləri ilə Türkiyənin yaxın iqtisadi-siyasi münasibətlər qura bilməsində mühüm rol oynayıb ki, bu da təkcə orta şərqdə deyil, ümumiyyətlə, beynəlxalq müstəvidə Türkiyənin mövqeyinin güclənməsində önəmli əhəmiyyət kəsb edib. Ərdoğanın Qərbin bir çox təpkilərinə baxmayaraq Rusiya ilə Türkiyənin iqtisadi-hərbi maraqları çərçivəsində yaxınlaşması da, iki dünya gücünün arasında Türkiyəyə qarşı hər hansı kəskin hərəkət imkanını neytrallaşdırmış olub.

Ərdoğanın bu gün yeritdiyi siyasətin əsas qayəsi, məqsədi bu günə ayrı-ayrılıqda mövcud olan türkləri bir yumruqda birləşdirib, türk dövlətlərinin iqtisadi, hərbi gücünü, dünyanı öz əsarəti altına almaqda israrlı olan imperiyaların gücünə layiqli cavab verərək, türk millətinin müstəqillik, azadlığını qoruya biləcəyi hala gətirməkdir.

***

…Din məsələsinin cəmiyyətdə ən optimal həll yolu mövcuddur və onu həll etmək o qədər də çətin məsələ deyil. Lakin cəmiyyətdə din məsələsinin düzgün həll edilməsinin yolu da böyük və bütün, ən azından iqtisdai, hərbi baxımdan dünya güclərinə müqavimət göstərə biləcək vahid TÜRK DÖVLƏTİNİN mövcudluğundan keçir. Bu gün Ərdoğanın, o cümlədən Türk Dövlətləri Təşkilatının fəaliyyətində buraxılan ən önəmli, strateji əhəmiyyət daşıyan yanlışlıq Ümumtürk ədəbi dilinin yaradılıb tədris, tətbiq və təbliğ edilməsinə biganə yanaşmalarıdır. Belə ki, vahid, monolit, böyük və güclü türk dövlətinin yaradılması, ancaq ümumtürk ədəbi dili əsasında yaradıla və bu dövlətin zəruri inkişaf sürəti və səviyyəsi təmin edilə bilər. Belə bir müstəqil, vahid və güclü türk dövləti yaradılmayana qədər dünya gücləri ayrı-ayrı təpki, təzyiq, məcburiyyət vasitəsilə bizə, onlara sərf edən materialist və ya idealist ideoloji sistemlər qəbul etdirə bilərlər. Elə hazırda Tehranın fars rejiminin, Çinin, Rusiyanın əsarətində olan türklərə müxtəlif ideologiyaları qəbul etdirdiyi kimi. Hər hansı bir cəmiyyətdə dini uydurmaların ləğv edilməsi vaxt tələb edən bir məsələdir.

Dinin dövlət işindən kənar olmasının birinci şərti elə dinin dövlətdən tamamilə ayrı olmasıdır ki, bu şərt Türkiyə daxil olmaqla bütün türk dövlətlərində mövcuddur. Yəni, bu gün türk dövlətlərinin heç biri dini əsaslarla idarə olunmur, onların hamısı dünyəvi anayasaya əsasən idarə edilən dünyəvi dövlətlərdir. Cəmiyyətdə dinin ləğv edilməsinin ikinci şərti isə dinin siyasi mövcudluğunun ləğv edilməsidir. Dini siyasətə, ideoloji, siyasi silaha çevirərək, cəmiyyəti bir-birinə antoqonist düşmən qruplara bölməklə, hakimiyyət iddiasında olan insanların əlində barışmaz ideoloji-siyasi silaha çevirən amil dinin təşkilati mövcudluğudur. Məsələn, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Pravoslav Kilsəsi, yəhudi Sinaqoqu və s. dini təşkilatlar hər biri leqal fəaliyyət göstərir. Onlar rəsmi şəkildə əhaliyə dini təhsil verir, dini təbliğ edir, vətəndaşların dəfn mərasimlərini dini qaydada, dini rituallarla keçirilməsini, sağ ikən dinc yanaşı yaşayan ölkə vətəndaşlarını başqa-başqa qəbristanlıqlarda barışmaz düşmənlər kimi, hər bir dini təşkilata məxsus olan qəbristanlıqlarda dəfn edir, həm də ölkənin anayasası və qanunlarına zidd olaraq yetkinlik yaşına çatmayan uşaqlara gizli şəaritdə (çox zaman da evlərdə) dini təhsil verirlər. Eləcə də onları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edir, hətta 5-6 yaşlı qız uşaqlarını nümayişkəranə hicaba bürüyürlər. Bütün bunlar, tolerantlıq, dini azadlıq, demokratiya şüarları altında edilir. Nəticədə Tehranın şovinist fars rejiminin “Mədəniyyət Mərkəzi” kimi təşkilatlar da daxil olmaqla, ölkədə müxtəlif dini qrupların üzvlərindən ibarət cinayətkar, terrorçu, casus şəbəkələri təşkil etməklə, xarici ölkələr onlardan istədikləri təyinatlı əməllərdə istifadə edirlər. Əslində dinlər də, tanrıçılıq kimi hər bir insanın şəxsi fəlsəfi düşüncəsi olmalıdır. Hər bir vətəndaşın özünün şüur, savad, həyat təcrübəsinə uyğun olaraq düşünmək, hansısa fəlsəfi düşüncəyə malik olmaq hüququ olmalıdır və bu da ölkənin anayasasında birmənalı olaraq var. Həm də  Azərbaycan Respublikasında həm dövlət, həm də vətəndaşlar tərəfindən hər bir vətəndaşın bu hüququnun qorunmasına heç bir maneə törədilmir. Öklədə ümumi tolerantlıq şəraiti yaradan da məhz bu amildir.

erdoqan-ilh

Güclü ölkələrin saxta “demokratiya”, “dini azadlıq” şüarı ilə ölkə rəhbərliyinə göstərdiyi təpkiləri yumşaltmaq xatirinə biz öz əlimizlə, dinlərin təşkilati mövcudluğunu təmin etməklə, bütün dinləri siyasətə çevirir, sonra da onların yaratdığı fəsadlara qarşı qəhrəmancasına, həm də çox böyük itkilərə məruz qalmaq hesabına, mübarizə aparmalı oluruq. Bütün hallarda da dinlərin ideoloji, mənəvi cəhətlərdən parçaladığı cəmiyyətin fəsadlarının ağırlığını çiynimizdə daşıyaraq, onların cəmiyyətdə yaratdığı çatları qaynaqlayaraq cəmiyyəti bütöv, vahid bir orqanizm halına gətirə bilməməkdən başqa, bizi inkişafa aparmalı olan elmi potensialdan da məhrum olaraq, başqa güc mərkəzlərinin əlində oyuncağa, yemə çevrilirik. Buna görə də ölkədə bütün dinlərin təşkilati mövcudluğu qapanaraq, elmi əsası olmayan hər hansı bir ideologiyanın tədrisinin, təbliğinin ciddi qadağan edilərək, eyni zamanda hər bir vətəndaşın vicdan azadlığı təmin edildiyi hər hansı cəmiyyətdə, uydurma ideologiyaların tədricən, lakin dönmədən aradan çıxarılması qaçılmaz labüdlükdür. Bu baxımdan bu gün Ərdoğanın islam dininin daşıyıcısı olması, Türk Milli Dövlətlərinin müstəqilliyi və Türk Milli Azadlıq hərəkatının hədəflərinə nail olmağa heç bir maneə törətmir. Buna görə bu gün bütün dünya türklərinin OLUM, ya ÖLÜM məsələsinin Türkiyədəki seçkilərdə həll ediləcəyi bir vaxtda türk xalqının deyil, türk düşmənlərinin, o cümlədən ermənilərin, kürd cinayətkar qruplaşmalarının, fars faşizminin və onlar kimi türk düşməni olan daha güclü ağalarının arzu və məqsədlərini həyata keçirməyə çalışan nökərləri olan “altılığın” siyasi məqsədləri haqqında susub, Ərdoğanı islam dininin daşıyıcısı olmaqda, Hikmətyarla birlikdə şəkil çəkdirməkdə süçlamaq, ya türk düşməni olmaq deməkdir…

***

…Yəqin ki, milliyyətindən, peşəsindən, ictimai mövqeyindən… asılı olmayaraq Türkiyə vətəndaşı olmasından şərəf duyanlar, Azərbaycanın ermənilərlə 44 günlük savaşda bir nəfər olaraq birləşib düşmənə qalib gəldiyi kimi, 14 may 2023-cü il seçkilərində Ərdoğanla bir can olaraq birləşib, ƏDALƏTİN, AZADLIĞIN və MÜSTƏQİLLİYİN qələbə çalmasına nail olacaqlar. Ərdoğanın prezidentliyə namizədliyini müdafiə edənlər dilindən, dinindən və sairədən asılı olmayaraq, təkcə Türkiyədə deyil, bütün türk dövlətlərinin ərazilərində türklərlə dinc yanaşı yaşamaq istəyən milli azlıqların azad və asudə yaşamaq hüququnu müdafiə etmiş olurlar.

Bu gün dünya türklərinə düşmən münasibəti bəsləyib, özlərini “demokratiya”, “ədalət” carçıları, müdafiəçiləri elan edən Fransa və onun prezidenti erməni məsləkli Makronla bərabər, bütün Avropa parlamenti daim ilk fürsət düşən kimi özlərinin türk mənliyinə, türk millətinə, türk dövlətlərinə düşmən münasibətlərini sərgiləyirlər. Rusiyanın birbaşa iştirakı ilə Azərbaycanın ərazilərinin 20%-ni 30 il işğal altında saxlayıb tarixi abidələrini, yaşayış məskənlərini, mədəni, dini abidələri yer üzündən yox edən, bu müddət ərzində yeraltı və yerüstü sərvətlərini Ermənistana, İrana daşıyıb, Xocalıda, başqa yaşayış məskənlərimizdə türk əhaliyə qarşı qətliam törədən ermənilərə gözün üstündə qaşın var deməyən Fransa, ABŞ, digər Avropa dövlətləri, bu gün nə istəyirlər? Onlar bu gün də Azərbaycanın 8 yaşayış məskənini işğal altında saxladığına, bütün dünyanın, o cümlədən, BMT, Avropa dövlətləri, Avropa parlamenti, hətta Ermənistanın belə Azərbaycanın suveren ərazisi olaraq bu gün də tanıdığı ərazilərdə Ermənistanın silahlı qüvvələrinin, eləcə də Qarabağa başqa ölkələrdən daşıyıb gətirdikləri bir ovuc silahlı erməni quldur və terrorçu dəstələrinin çıxarılmasını istəmirlər. Onlar həm də əksinə, onlara heç bir maneə və yoxlama aparılmadan Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq Ermənistana, İrana daşınmasına, bu ərazilərə Rusiyadan, Hindistandan, İrandan silah, sursat daşıyaraq, Azərbaycanın dinc əhalisi yaşayan ərazilərini minalamaq, atəşə tutmaq üçün şərait yaradılmasını tələb edirlər. Avropa Parlamentində Baş erməni vəkili kimi çıxış edən başda Fransa Prezidenti Makron olmaqla, Fransa dövləti coğrafi cəhətdən Fransa ərazisi ilə heç bir quru sərhəddi olmayıb, yüz illər ərzində öz milli müstəqilliyi uğrunda mübarizə aparan Korsikalılara nəinki milli müstəqillik, hətta yerli debatlarda belə öz ana dilindən istifadə edilməsini belə qadağan edir. Həm də bu yeganə və təsadüfi hal olmayıb, bu Qərb dövlətlərinin “demokratiya”, “Azadlıq”, “Ədalət” kimi saxta şüar və iddialarının məzmun və mahiyyətini təşkil edən əsas ünsürlərdir. Avropa Parlamenti Azərbaycan və Türkiyəni öz torpaqlarında terrorçu, quldur və işğalçı dəstələrini qanuni ərazilərindən təmizləməsini “blokada”, “genosid” kimi qiymətləndirdiyi haldı, Azərbaycanın Zəngəzur mahalının qanunsuz olaraq ermənilərə verməklə Naxçıvanı blokadaya alan rus dövlətinə, nə də Azərbaycanın qanuni öz torpağı olan Zəngəzurdan Naxçıvana yol vermək istəməyən erməni siyasilərə heç irad belə tutmur. Ermənilər Xocalı qətliamı törədən zaman Roma Papasının Ermənistanın baş keşişinə zəng edib, onu qətliam münasibəti ilə təbrik etməsi, – “Mən orada olsaydım onların (yəni, qətliamın təşkilatçıları və icraçıları olan terrorçuların – Ş.Q.) ƏLİNDƏN ÖPƏRDİM” – sözlərini yada belə salmayan Avropa Parlamentinin “demokratları” Azərbaycanın silahsız, dinc nümayiş vasitəsilə erməni terrorçu və quldurların ərazimizə silah daşınmasına, ərazilərimizin maddi sərvətlərinin vəhşicəsinə talanıb, xaricə daşınmasına etirazını isə “genosid” adlandırırlar. Bu siyasi həyasızlığın son həddidir! Ən acınacaqlı hal da budur ki, bu gün Türkiyədə də bu türk düşmənlərinin nökərləri olan “altılıq” da, həmin saxta şüarlar altında sadə Türkiyə vətəndaşlarını türk düşmənlərinin əsarətinə sürükləməyə çalışırlar. Öz tarixi milli torpaqlarında yaşayıb, sadəcə olaraq ingilis əsarətindən azad olmaq üçün bir neçə milyonluq Şimali İrlandiyalıların uzun illər apardığı mübarizəni ən sərt forma və vasitələrlə qarşısını alan İngiltərə və aborigen millət olan hindulara qarşı 200 il ərzində törətdikləri cinayətləri kənara qoysaq belə, ingilis dövləti olan nə yerli millət olan hindular, nə də vaxtilə qul olaraq Afrika ölkələrindən daşıyıb gətirdikləri zəncilərə nəinki milli, faktiki olaraq heç fərdi insan hüquqlarını da tanımayan ABŞ 1925-ci ildə Qacar dövlətində həyata keçirdikləri hərbi çevriliş vasitəsilə şovinist fars Rza Mehtərbaşını despotik rejimini Qacar yurdunun sahibləri olan türklərin və o coğrafiyada yaşayan digər millətlərin boğazına ilan kimi sarıdı.

 53 il ərzində ingilislərlə dünya ağalığı uğrunda mübarizədə əsas rəqibi olan ruslar, Avropadakı rəqibləri fransızların köməyilə Mehtarbaşı ailəsi hakimiyyəti devrilərək hakimiyyətə 6-cı əsrin yadigarı, eksponatı olan şovinist fars şüubiyyə nümunəsi R.Xomeyni gətirildi. Bu gün də şovinist molla rejiminin son 44 il ərzində Qacar yurdunda yaşayan milli azlıqlarla birlikdə ölkə ərazisinin həqiqi sahibi olub, 86 milyonluq ölkə əhalisinin 60 milyonuna qədərini təşkil edən TÜRK MİLLƏTİNİ şovinist fars faşizminin əsarətində saxlamağı hədəfləyən ingilislər mollaların saysız-hesabsız, böyük və geniş miqyaslı cinayətlərindən səbr kasası dolmuş xalqdan sui-istifadə edirlər. Və eləcə də 1978-ci ildən bəri ABŞ-da bəslədikləri Mehtarbaşı nəslinin nümayəndəsi, bala nökərçə, qatı fars şovinizminin daşıyıcısı Rza Pəhləvini hakimiyyətə gətirməyə hazırlaşırlar. İngilislərin və başqa türk düşmənlərinin bu hazırlığı da türk dünyasını kiçik hissələrə bölünmüş halda, əsarətdə saxlamaq niyyətinin tərkib hissəsidir. Türkiyədə bütün türk dünyasını birləşdirib gücləndirmək, onun azad və müstəqil olması üçün möhtəşəm işlər görməkdə olub, haqlı olaraq bu gün bütün türk dünyasının şəriksiz lideri olaraq qəbul edilən sayın Rəcəb Tayyıb Ərdoğanın başladığı işləri yarımçıq qoyaraq, Türkiyənin özünü də müstəmləkə vəziyyətinə qaytarmaq məqsədilə türk düşmənlərinin təşkil etdiyi “altılığa” səs verən hər bir Türk dövləti vətəndaşı bilməlidir ki, özünün, övladlarının, ümumiyyətlə gələcək nəsillərinin QUL EDİLMƏSİNƏ səs vermiş olur.

***

Tehranın şovinist molla rejiminin əsas güvənc yeri olan SEPAH-ın özünün teleqram kanalında Zəngəzur dəhlizi ilə bağlı xəritə və – “Sünik canımızın bir parçasıdır” – bəyanatı, artıq hakimiyyətdə qala bilməyəcəyini dərk edən Tehranın şovinist şiə mollalarının hakimiyyətdə qalmaq, ən azından özlərinin təhlükəsizliyinə təminat almaq üçün bir neçə güc mərkəzi ilə intensiv danışıqlar aparan nümayəndələri, ingilislərin əsas şərtlərindən biri olan, “Səudiyyə Ərəbistan ilə münasibətləri normallaşdırmaq” üçün danışıqlar aparması görüntüsü sərgiləyir. Hansı ki, min il əvvəl ərəblərə qarşı mübarizə məqsədilə, islam daxilində şiə təriqəti yaradıb, əlinə ilk fürsət keçən kimi altı ərəb ölkəsində böyük hərbi qruplaşmalar təşkil etməklə, bu günə qədər 500 mindən çox ərəbi qətlə yetirən, bu ölkələrdə öz hegemonluğu xatirinə daim sabitsizlik yaradan fars faşizmi heç vaxt nə müsəlmanlara, nə də türklərə dost ola bilməz.

 Şiə fars rejimi Səudiyyə, Türkiyə və s. ilə danışıqlar aparmaqla hakimiyyətdə qaldıqları müddəti bir qədər uzadıb nüvə silahı əldə etdikdən sonra yenidən baş qaldırmağa çalışır. Ən pis halda isə özlərinə ingilislərdən təhlükəsizlik təminatı almaqla hakimiyyəti, ingilislərin namizədi olan Rza Mehtərbaşının nəvəsinə təhvil vermək niyyətindədirlər. Türkiyə ilə danışıqlar aparmalarının məqsədi isə Səudiyyə-Türkiyə, İsrail-Türkiyə, Azərbaycan-Türkiyə, hətta Pakistan-Türkiyə münasibətlərində soyuqluq yaratmaqla, Naxçıvan, Türkiyə ilə Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması məsələsində, Türkiyə ilə İraq, Suriya və öz ərazilərində fəaliyyət göstərən kürd separatçıları ilə mübarizədə Türkiyəni yaxın müttəfiqlərindən ayırıb təkləmək məqsədi güdür. Bunu Abdullahiyanın Mövlud Çavuşoğlu ilə görüşündə, – “Sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir” – iddiası da sübut edir. Avropalılar erməni, fars şovinizminin, özlərinin cinayətlərini görməzdən gəlib, Azərbaycanın, Türkiyənin haqlı, ədalətli, qanuni addımlarını mövcud olmayan “blokada”, “genosid” adlandırdıqları kimi, Abdullahiyan da altı ərəb ölkəsində, Qarabağda, Türkiyə sərhəddində erməni və kürd terrorçuları ilə bərabər fars faşizminin törətdikləri cinayətləri görməzdən gəlib, Qafqazda olmayan sionizmi axtarmaqla kim olduqlarını nümayiş etdirir.

***

Bütün bunlar bir daha sübut edir ki, TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDUR! Bu gün bu dostluğun zirvəsində isə ƏRDOĞAN şəxsiyyəti durur. Başqa millətlər və milli dövlətlərlə münasibətləri isə ancaq qarşılıqlı maraqlar çərçivəsində və bu maraqların ömrü hüdudunda, lakin türk aqillərinin, – “İtlə dostluq et, ancaq çomağı əlindən yerə qoyma”, məsləhətinə uyğun “dostluq” etmək olar. Yəni, Türk demişkən, – “İlanın ağına da lənət, qarasına da”, o cümlədən, türkü, türk düşmənlərinə qul etmək istəyən, türk düşmənləri olan “altılığa” da!

Şapur Qasimi,

Politoloq

A.Məmmədli

(Xüsusi olaraq «Təzadlar» üçün)

(Təhlilli məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İst.6.3.6).

REDAKSİYADAN: təhlilli məqalə Türkiyə mediasında da yayımlanmışdır, linklər təqdim olunur.

media

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN