rbc.ru saytının verdiyi xəbərə görə, yeddi ölkə Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınmasını geri götürməyə çağırdı

Onlar Rusiya hərbi kontingentinin Abxaziya və Cənubi Osetiya ərazilərində mövcudluğunu pisləyiblər və Moskva ilə Tbilisi arasında münaqişənin sülh yolu ilə aradan qaldırılmasının zəruriliyini bəyan ediblər.

Yeddi Qərb ölkəsi Rusiyanı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasını geri götürməyə çağırıb. 2008-ci il hadisələrinin ildönümünə həsr edilən birgə bəyanat Fransa, ABŞ, Böyük Britaniya, Norveç, İrlandiya, Estoniya və Albaniya tərəfindən yayılmışdır.

"Bu gün biz yenidən Rusiya Federasiyasını Gürcüstanın ərazisi olan Abxaziya və Cənubi Osetiyadan öz silahlı qüvvələrini dərhal çıxarmağa və onların müstəqilliyinin tanınmasını ləğv etməyə çağırırıq", — deyə bəyanatda bildirilir.

Bu ölkələrin nümayəndəlikləri Gürcüstanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasından təəssüfləndiklərini bildiriblər. "Biz Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi iştirakını və nəzarətini, eləcə də  bu Gürcüstan regionlarının anneksiya edilməsi üçün atılan addımları pisləyirik. Rusiyanın əməlləri beynəlxalq hüququ açıq şəkildə pozur", - deyə bəyanatda bildirilir.

Müraciətin müəllifləri Avropa İnsan Hüquqları Məhkəməsinin bu il yanvarın 21-də Böyük Palatanın qəbul etdiyi qərarı xatırladaraq bildirmişlər ki, Abxaziya və Cənubi Osetiya regionlarına nəzarət etməklə, Rusiya dinc sakinlərin öldürülməsi, hərbi əsirlər üzərində işgəncələri, qeyri-insani və ləyaqəti alçaldan davranışı, habelə gürcülərin öz evlərinə qayıtmasının qarşısının alınması və insan hüquqlarının pozulmasına görəv məsuliyyət daşıyır.

"Biz son bir neçə il ərzində Abxaziya və Cənubi Osetiya regionlarına insan hüquqlarının heç bir beynəlxalq monitorinq mexanizminin tətbiq edilməməsindən narahatıq. Ona görə də biz İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə və digər beynəlxalq və regional hüquq müdafiə mexanizmlərinə maneəsiz girişin verilməsinə çağırırıq. Biz BMT Nizamnaməsi və Helsinki Yekun Aktı da daxil olmaqla, Rusiya-Gürcüstan münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin zəruriliyini vurğulayırıq", — deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Rusiya 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bundan əvvəl Cənubi Osetiyada silahlı münaqişə baş vermişdi. 8 Avqust 2008-ci il gecə saatlarında  Gürcüstan bölgəyə qoşun yeritmişvə Sxinvalını bombalamağa başlamışdı. Buna cavab olaraq Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev "sülhə məcburetmə üzrə" əməliyyatlara başlanıldığını və rus hərbçilərinin sülhməramlı missiya çərçivəsində dinc əhalini müdafiə edəcəyini bəyan etmişdi və Rusiya münaqişə zonasına öz hərbi qüvvələrini yerləşdirməyə başladı.

Qarşıdurma beş gün davam etdi. Nəticədə, Gürcüstan hərbçiləri bölgədən sıxışdırılıb çıxarıldı və  Rusiya hərbi hissələri Gürcüstana daxil olub Tbilisinin yaxınlığında yerləşdilər. Avqustun 12-də Medvedyev əməliyyatın başa çatdığını bildirdi. O zaman Gürcüstana rəhbərlik edən Mixail Saakaşvili tanınmamış respublikaların ərazilərini Rusiyanın işğalı etdiyini və Gürcüstanın  MDB-dən çıxdığını bəyan etmişdi.

Rəsmi statistikaya görə, münaqişə zamanı Gürcüstan Silahlı Qüvvələrinin tərkibindən 170 nəfər həlak olmuş və ya itkin düşmüş, 2 minə qədəri isə xəsarət almışdır. Rusia tərəfindən isə 64 nəfər həlak olmuş, 291 nəfəri xəsarət almışdı.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN