"Təzadlar" qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının və Dünya Türk Qəzetçilər Assosiasiyasının üzvü, Türkiyənin 4 saytının köşə yazarı Asif Mərzili maraqlı təkliflə çıxış edib...

Baş redaktor jurnalistikamızın adına olan ictimai mükafatların Mətbuat Şurasına qaytarılmasını təklif edir. Sitat: "...Sovetlər dönəmində həm jurnalistlərin, həm də jurnalistlərin nüfuzu, xüsusi çəkisi var idi... Müstəqillik dövründən sonra mətbuata azadlıq verildi, amma çoxluq bunu "ağlım necə kəsir, elə..." kimi anladı. Ona görə də mediada pərakəndəlik, tərəfləşmə və sonda isə mükafatlaşma başladı... Vaxtilə Azərbaycan jurnalistlərinin "Qızıl qələm" mükafatı var idi... Lakin yazıçı, KİVİHİ-nin sədri (açması: Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı) Oqtay Salamzadə və şair Davud Dəmirli bu mükafatı soğan qiymətinə satdı, indi də belədir... KİVİHİ-nin möhürünə sahiblənənlər kimə gəldi "Qızıl qələm" mükafatı və diplomu verir. Çobandan tutmuş, soğan, qoz-fındıq satana, jurnalistikadan xəbəri olmayanlaradək... Bu indi statussuz və hörmətsiz edilmiş mükafatı alanlar isə mahiyyəti qiymətləndirmədən fəxrlə onu sosial şəbəkələrdə ictimailəşdirirlər. Avam millət də bunu ali mükafat kimi qəbul edir, elə bilir ki, dünənə kimi (elə indi də) qoyun-quzu satan Həsənqulu ağıllanıb, ona vəhy gəlib və o, junalist olub. Çünki "Qızıl qələm"i var və s. Bu utanverici haldır...".

mukafat-2-pija

Baş redaktor daha sonra təklif də səsləndirdi: "...Ötən il bir rayonda mötəbər məclisə dəvət edilmişdim... Dostlarımızdan birinin yubiley tədbiri idi. Bir orta yaşlı fermeri çıxışa dəvət edəndə məlum oldu ki, o, həm də "Qızıl qələm" mükafatı laureatıdır. Hamı gurultulu əl çaldı... Sağımda əyləşən RİH başçısının müavini qulağıma dedi ki, sizin də "Qızıl qələm"iniz varmı? Dedim, yox... Təəccüblə nə desə yaxşıdır: "İndiyə kimi niyə almamısan, 20-30 manata olan şeydir...". Qısası, MEDİA dövlət qurumudur, bəlkə də bunu edə bilməz, amma təklif edirəm ki, Azərbaycan Mətbuat Şurası bu mükafatı təzələsin. Jurnalistlərin bu mükafatı adı üstündə olan və ünvanı dəyişməz təsisat kimi dəyərlidir... İnanın, Şəkidə qoz-fındıq satan tanıyıram, "Qızıl qələm" mükafatı laureatıdır. Bəlkə də Şəkidə hamı elə bilir ki, əsl jurnalist elə qoz-fındıq satan olmalıdır... Vaxtilə Azərbaycan Jurnalistlər Birliyinə aid olan bu mükafatı kimlər öz adına çıxıb nə edir, bu hüquqi mübahisə mövzusudur, amma ən azı jurnalistikanın adına iddia edənlərə yeganə yaraşan bu mükafatdır, onu da pis günə qoyublar... Neyləyək, ziyanın yarısından da qayıtmaq gec deyil...".

Elçin Məmmədlimukafat-3-pija

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN