6 aydır mərhum jurnalist Zülfüqar Hüseynzadənin rəhbərlik etdiyi moderator.az saytı baş redaktorsuz qalmışdı...

Artıq jurnalist Xəyalə Rəis adı çəkilən saytın baş redaktoru təyin olunub.

Bu barədə saytın redaksiyası məlumat yayıb.

 Qeyd edək ki, Xəyalə Rəis daha əvvəl də moderator.az-da çalışıb.

moderator-red

Xatırladaq ki, moderator.az saytı 11 ildir ki, fəaliyyət göstərir. Belə ki, portal 2012-cu ilin noyabrın 1-də fəaliyyətə başlayıb.

 Onun qurucusu və baş redaktoru Zülfüqar Hüseynzadə bu il iyunun 18-də doğulduğu Kəlbəcər rayonunda səfərdə olarkən qəflətən dünyasını dəyişib. Belə ki, gecəni Kəlbəcərin Başlıbel kəndində keçirən Zülfüqar Hüseynzadənin səhərüzü səhhəti qəfil pisləşib.

 Jurnalistin ürəktutmadan vəfat etdiyi bildirilir.

Zülfüqar bəyin cəmi 52 yaşı vardı və hələ çox uğurlara imza atacaqdı...

O, son fotosunu da Vətənində lentə alıb və vəfatından bir gün əvvəl whatsapp statusunda paylaşıbmış... 

P.S.Xəyalə xanıma isə uğurlar arzu edirik.

Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN