CBS-nin verdiyi xəbərə görə, ABŞ-ın Nyu-Cersi ştatının Vaynlənd şəhərində bütün dövlət məktəblərində kütləvi atışma təhlükəsi ilə bağlı məlumatlara görə bağlanıb.

Distant dərslərin də keçirilmədiyi qeyd olunur. Vaynlənd məktəblərindən birində baş verə biləcək hücumla bağlı sosial mediada xəbərlər yayılıb. Şəhər rəhbərliyi həddindən artıq ehtiyatlılıq səbəbindən bu addımın atılması lazım olduğunu bildirib.

Eyni zamanda, atışmanın şəhərin hansı məktəbində baş verə biləcəyi məlum deyil. Vaynlənd Polis İdarəsi bu təhdidi araşdırır. Şəhər rəsmiləri bütün tələbə və müəllimləri 30 sentyabrda evdə qalmağa çağırıb. Eyni zamanda dərslərin cümə günü davam edib-etməyəcəyi hələ bilinmir.

Qeyd edək ki, sentyabrın 20-də ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində atışma baş verib. 15 yaşlı məktəbli iki nəfəri yaralayıb.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN