Türkiyədə, 18 yaşlı gənc Qara dənizin Samsun vilayətinin Ağcamahmut bölgəsindəki Xavzada muxtar, yəni başçı təyin edildi.

Hurriyet qəzetinin yazdığına görə, Ali Külekçi adlı bu gəncin 18 yaşı seçkilərdən cəmi 25 gün qabaq tamam olmuş və o, bu yaşda muxtar olmağı özü üçün şərəf sayır.

“Mən sadəcə şansımı sınamaq istədim və onlar məni seçdilər. Çox xoşbəxtəm ”- deyə Ali Külekçi sevincini bölüşür.

7 iyun tarixində keçirilən regional seçkilərdə gənc 37 səs aldı, rəqibi isə 16 seçici tərəfindən dəstəkləndi.

"Mən orta məktəbi bitirdim və universitetə daxil olub,təhsilimi başa vurduqdan sonra  vətənimə qayıtmaq və əkinçi olmaq istəyirəm" deyə Ali Külekçi gələcək planlarını da bildirdi.

Sonda o, ona səs verməyənlərə də təşəkkür etdi.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN