“44 günlük müharibə Qarabağın iztirabına son qoydu.

Biz Bakıda hərbi paradda verdiyimiz Şuşaya səfər etmək sözümüzü yerinə yetirdik və mən bu gün burada olduğum üçün çox xoşbəxtəm”, deyə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Şuşa Bəyannaməsinin imzalanmasından sonra çıxışında bildirib. “Tezliklə burada, eləcə də azad edilmiş bütün digər rayonlarda bərpa işləri həyata keçiriləcək və dağıdılmış hər şey bərpa ediləcək. Biz bütün bu işləri birlikdə həyata keçirəcəyik və əhalinin doğma yurdlarına qayıtmasına kömək edəcəyik”, deyə Erdoğan qeyd edib. “Biz belə bir faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələn tədbirləri görəcəyik. Hamını Azərbaycanın qələbəsini qəbul etməyə və macəraçı ümidlərdən əl çəkməyə çağırırıq. Ermənistanı Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı ilə 6 ölkənin Platforması çərçivəsində regional inkişafda iştirak etməyə çağırırıq”, deyə Erdoğan bildirib. “Biz həmçininin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün addımları atmağa hazırıq”, deyə o əlavə edib. “Biz Şuşa Bəyannaməsini imzalamaqla ikitərəfli münasibətlərin Yol Xəritəsini cızdıq. Biz sadəcə olaraq iki region dövləti deyilik. Biz Şuşada Türkiyə konsulluğu açmağı planlaşdırırıq. Zəngəzur dəhlizinə gəlincə, onun açılmasının bütün region ölkələrinə faydası olacaq. Bizim müdafiə sahəsində güclənəcək əməkdaşlığımız da xüsusi rol oynayacaq. Bizim gücümüz Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə bizim gücümüzdür”, deyə Erdoğan qeyd edib. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN