“Qarabağ dünyanın ən gözəl yerləri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala gətirəcəyik. Dünən qardaşımla birlikdə Şuşada idik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşa bir sənəd akademiyası kimi sənətin ən yüksək səviyyədə yaşadıldığı yer olub: “Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Nətəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır. Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.