ABŞ prezidenti Co Bayden bu gün Ukraynadakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
"Təzadlar" "White Time"in mətbuat katibi Cen Psakinin açıqlamasına istinadla bildirir ki, “Prezident Bayden Ukraynadakı vəziyyəti izləməyə davam edir və onun milli təhlükəsizlik komandası hadisələri mütəmadi olaraq yeniləyir. O, Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyini təsdiqləyib”, -deyə mətbuat katibi deyib.
Bundan əvvəlki hesabatda deyilirdi ki, Bayden vitse-prezident Kamala Harrisin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Yens Stoltenberq, Almaniya kansleri Olaf Şolz və digər müttəfiqlərlə görüşləri barədə məlumatlandırılıb. Brifinq zamanı Bayden rusiyalı həmkarı Vladimir Putinin artıq Ukraynaya hücum etmək qərarına gəldiyinə əmin olduğunu söyləyib...
Ukrayna ətrafındakı vəziyyət isə kritik olaraq qalır...
A.Məmmədli