...Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Rusiya prezidenti Vladimir Putini Ukraynanın Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində, Ukraynanın şərqində indi işğal olunmuş ərazilərindən daha geniş olan qondarma “DXR” və “LPR”i tanımağa çağırıb...

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Kolokoltsev fevralın 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında birbaşa çıxışında belə deyib: "Bu respublikaları, onların hüquqi subyektlərini mütləq tanımaq lazımdır. Amma mən bir düzəliş etmək istərdim: bu respublikaların və bu respublikaların xalqlarının Silahlı Qüvvələrin işğalından əvvəl hansı inzibati sərhədlər daxilində olduqlarını tanımaq lazımdır...”.
Maraqlıdır ki, Kolokoltsev belə bir bənzətmə də edib: "Kiyev hakimiyyətinin nöqteyi-nəzəri ondan ibarətdir ki, Minsk razılaşmaları təslim aktına bənzəyir. Amma gəlin 1945-ci ilin mayını xatırlayaq: Almaniya təslim aktına imza atır - və bu aktı yerinə yetirmir. Kiyev 7 ildir razılaşmanı yerinə yetirmir...”.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukrayna ilə bağlı danışıqlarda Rusiya “Kiyevin ikiüzlü, fırıldaqçı rəsmi mövqeyini” əsaslandırmaq üçün “işarələnmiş kartları olan partnyorlar”la əhatə olunub.
Putin bununla bağlı deyib: “Danışıqlar prosesinə gəlincə, Kozak artıq çıxılmaz vəziyyətdə olduğunu bildirib".

 Rusiya Federasiyası Təhlükəsizlik Şurasının bəzi üzvləri isə Putinə Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etmək üçün “Qərbə son şans verməyi” təklif ediblər. Onların arasında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin mövqeyini dəyişməyəcəyini deyib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin isə deyib: “Mən Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm”. Putin isə ona belə cavab verib: “Biz bundan danışmırıq, onların müstəqilliyinin tanınıb-tanınmamasından danışırıq”. 

Beləliklə, məsələ daha da sərt müstəviyə keçməkdədir, bu isə müharibənin başlanılacağına dəqiq proqnoz vermiş olur...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN