Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistandakı parlament seçkiləri nəticələrinin Dağlıq Qarabağdakı vəziyyətə təsirindən danışmağı erkən sayır.

"Təzadlar" "Sputnik Armeniya"ya istinadla bildirir ki, o, bunu Moskvada keçirdiyi mətbuat konfransında bildirib. "Seçkilər yenicə baş tutub. Bu nəticələrin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil, gəlin orada yeni hökumət formalaşana kimi gözləyək", -deyib Lavrov.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistan, Rusiya və Azərbaycan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli razılaşmaların etibarlıdır və bütün tərəflərin maraqlarına cavab verir.

Xatırladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib, 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatıldı. Səs vermə hüququ olan 2.578 milyon vətəndaşdan 1.281.174 və ya% 49.4 səsvermədə iştirak edib. Paşinyanın komandası bu seçkiləri udub.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN