Rusiyalı milyarderlər bir gündə 38,162 milyard dollar itiriblər (bu gün günortayadək olan məlumata görə) .

Ən çox itirən isə (5 milyard dollardan çox), həmyerlimiz - “Lukoyl”un prezidenti Vahid Ələkbərovdur.

 Bu barədə “Forbes Russia” “Forbes Real Time”ın məlumatlarına istinadən yazıb.

Vahid Ələkbərovun sərvətinin 5 milyard dollardan çox azaldığı qeyd edilir.

Xatırladaq ki, Vahid Ələkbərov  2021-ci ildə ABŞ -ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilir.

***

Qeyd edilir ki, fevralın 22-də Britaniya sanksiyalarına məruz qalan “Novateka”nın ortaq sahibləri Gennadi Timçenko və onun biznes ortağı Leonid Mixelson - 3,9 milyard dollar (sərvəti 19,8 milyard dollara qədər azalıb) və 4 milyard dollar (23,6 milyard dollara qədər) itirib.

Rus metallurqlarının ən zəngini,  "Severstal"ın ortaq sahibi Aleksey Mordaşov 3,5 milyard dollar itirib. Onun sərvəti 25,8 milyard dollaradək azalıb.

“Norilsk Nickel” şirkətinin həmsahibi Vladimir Potanin isə 3,3 milyard itirib və sərvəti 24,6 milyard dollaradək azalıb.

 Məlumata görə, fevralın 24-də Moskvada hərracların açılışında Rusiya fond indeksləri RF-nin Ukraynada “xüsusi əməliyyat”a başlamasına cavab olaraq, demək olar ki, üçdə birədək azalıb. Rusiya şirkətlərinin London birjasındakı səhmləri də 70% ucuzlaşıb.

Xüsusilə, Moskva Birjası indeksi dərhal 28%, RTS-in rublu indeksi isə 35,8% azalıb.

 İndekslərin və bazarın kəskin çökməsi səbəbindən ticarət müvəqqəti olaraq dayandırılıb. Bu tədbirlərin investorları sakitləşdirmək məqsədi daşıdığı bildirilir.

“RBC”nin məlumatına görə, London birjasında Rusiya səhmləri 70% ucuzlaşıb, o cümlədən “Sberbank”ın səhmləri - 66,6%, “Tinkoff”un - 71%, “Norilsk Nickel”in - 36%, “Qazprom”un - 33% ...

 Rusiya rublu 1 dollar üçün 90 rubl həddini keçərək, mütləq tarixi minimuma düşüb. Nağd pul bazarında isə məzənnə - bir dollar üçün 100 rubla yaxınlaşıb.

Məlumatda, həmçinin o da qeyd edilir ki, 23 ən varlı rus iş adamının sərvəti, bu il Ukraynaya olan münasibətə görə 32 milyard dollar azalıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN