"Kommersant”ın müxbiri Yelena Çernenko  Rusiya XİN-in jurnalist qrupundan xaric edilib.

Ukraynada xüsusi hərbi əməliyyatı pisləyən, açıq anti-müharibə məktubu üçün imzaların toplanması işini təşkil edən “Kommersant”ın jurnalisti Yelena Çernenko 11 ildən çox çalışdığı XİN-in jurnalist qrupundan xaric edilib.

O, bu barədə şəxsi Telegram kanalında məlumat verib.

 Çernenkonun sözlərinə görə, idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova qərarını müxbirin “qeyri-peşəkarlığı” ilə izah edib.

“Mən bu qərardan təəssüflənirəm, amma görünür belə zamandır. Çalışacam ki, işimi mümkün qədər səmərəli və obyektiv görməyə davam edim”, - deyə jurnalist yazıb.

Daha sonra jurnalist qadın Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya “həmin məktubu imzalamış digər həmkarlarıma qarşı belə tədbirlər görməyin” xahişi ilə müraciət edib.

Xatırladaq ki, dünən Yuliya Çernenko Rusiya prezidentinin fevralın 24-də Ukraynada başlatdığı “xüsusi əməliyyatı” pisləyən müraciət –məktub üçün rusiyalı jurnalistlərin imza toplamasını təşkil edib.

Həmin müraciətdə deyilirdi: “Biz, Rusiya mediasının müxbirləri və Rusiyanın xarici siyasəti haqqında yazan ekspertlər Rusiya Federasiyasının Ukraynada başladığı hərbi əməliyyatı pisləyirik. Müharibə heç vaxt münaqişələrin həlli üsulu olmayıb, olmayacaq və buna haqq qazandırmaq olmaz”, - deyə jurnalistlər qeyd ediblər.

Qeyd edək ki, məktubu 300-ə yaxın jurnalist imzalayıb.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN