"Təxribatçı qruplar Kiyevə daxil olub, məni bir nömrəli hədəf kimi məhv etmək istəyirlər"
Prezident Vladimir Zelenski bildirib ki, Rusiya Federasiyasının təxribatçı-diversant qrupları Kiyevə daxil olub və Ali Baş Komandan kimi onu öldürməyi planlaşdırırlar. “Bizdə məlumat var ki, düşmənin təxribat qrupları Kiyevə daxil olub. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin. Mən mərkəzi hökumətin işi üçün lazım olan hər kəslə birlikdə hökumət məhəlləsində qalıram”.
Prezident ailəsinin Ukraynada qaldığını da bildirib: "Mənim ailəm satqın deyil, Ukrayna vətəndaşlarıdır. Amma indi haradadırlar, deməyə haqqım yoxdur", - Zelenski əlavə edib. "Bizdə olan məlumata görə, düşmən məni bir nömrəli hədəf kimi seçib. Mənim ailəm ikinci hədəfdir. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər".
Ukrayna ətrafında isə vəziyyət hələki russcadır... ABŞ prezidenti Bayden isə dünən birbaşa efirdə dünyaya müraciət edərək Rusiyanın bu hərbi addımlarının cavabsız qalmayacağını söylədi. Bu gün isə NATO-nun təcili toplantısı olacaq. Qəbul ediləcək qərar Ukraynanı xilas edə bilər...
A.Məmmədli