"Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim".

Pin It

Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam verib.

Pin It

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi törədilən bu təxribatla bağlı Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, ermənilər bu qədər təxribatlarla heç nəyə nail ola bilməyəcək: “Ermənilərin törətdiyi bütün təxribatların məqsədi hər zaman aydın olub. Onların Azərbaycan ərazilərinə iddiası var. May ayında Azərbaycan əsgəri Kəlbəcərdə Ermənistan-Azərbaycan sərhədində Azərbaycan bayrağını sancmışdı. Ermənilər bununla barışa bilmir və iddia edirlər ki, Kəlbəcərin yarısı Ermənistana verilməlidir. Buna görə də onlar təxribatlarından qalmır. Amma artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da yola gəlməyə başlayıb. Paşinyan başa düşür ki, sərhədlərin müəyyən edilməsindən başqa yolu yoxdur. Ona bütün platformalarda sərhədlərin delimitasiya etməli olduğu bildirilib. Delimitasiya və demarkasiya işi hər iki tərəf arasında razılıqlı şəkildə və tərəflərin qəbul etdiyi xəritə üzrə yerinə yetiriləcək. Ermənilər bu qədər təxribatlarla heç nəyə nail ola bilməyəcək".

Deputat qeyd edib ki, Azərbaycan tərəfi bu məsələdə güzəştsiz mövqe ortaya qoymalıdır: “Lakin bu təxribatlar Azərbaycan əsgərinin canına baha başa gəldiyinə görə Azərbaycan tərəfi bu məsələdə güzəştsiz mövqe ortaya qoymalıdır. Əgər əsgərimiz bu təxribatın qurbanı olursa, buna görə Azərbaycan daha çox erməni əsgəri məhv etməlidir. Əgər bir də belə təxribat nəticəsində Azərbaycan əsgəri şəhid olacaqsa, o zaman bir əsgərə qarşılıq olaraq 10 erməni əsgərini cəzalandırmalıyıq. Çünki onların bu təxribatları nəticəsində şəhid verməyimiz dözülməz hala çevrilib. Azərbaycan Ermənistana elə bir dərs verməlidir ki, onlarla erməni məhv edilməli və texnikaları sıradan çıxarılmalıdır. Onlar bilməlidir ki, törətdikləri hər təxribatın cavabını 15-20 dəfə daha ağır şəkildə alacaqlar”.

E.ŞİRİNOV

Pin It

Gürcüstanda görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir...

Pin It

Tanınmış araşdırmaçı-jurnalist Elbəyi Həsənli Azərbaycanın siyasi həyatı üçün önəm və ciddi mahiyyət daşıyan bir məsələyə toxunub. Aşağıda təqdim edirik:

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN