Ermənistanın şantajçı olduğunu artıq bütün dünya görür...

"Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyri-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması tələbi ilə çıxış etmişdi”. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. “Qeyd edim ki, Ermənistanın qaldırdığı bir neçə vəsatəti var idisə, ən əsası da bu idi. Oktyabr ayında keçirilən dinləmələr zamanı Ermənistanın nümayəndəsi və vəkilləri onlara ayrılmış vaxtın demək olar ki, mütləq əksəriyyətini bu mözuya həsr etmişdi. Bu da təsadüfü deyil. Bilirsiz ki, Ermənistanın siyasi gündəliyində uzun müddətdir ki, bu şəxslərin Ermənistana qaytarılması bir nömrəli məsələdir”, - o vurğulayıb.

Göründüyü kimi, artıq BMT-də də gördülər ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış bir ölkənin aldığı nəfəsi də yalan imiş və bütün iddiaları əsassız imiş...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN